“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakı məktəblərində YENİLİK: Sentyabrın 15-dən ləğv olunur

Tarix 04.09.25, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


“Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək, bütün proseslər yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılacaq”.

AzFakt.com “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, cari ilin yanvar-fevral aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb. Artıq direktorların 98%-i, müəllimlərin isə 93%-i platformada qeydiyyatdan keçib. Bu həftənin sonunadək bütün direktor və müəllimlərin qeydiyyatının tam başa çatdırılması ilə bağlı tapşırıq verilib.

Fidan Nəcəfova əlavə edib ki, məktəb direktorları üçün platformadan qeydiyyat və öhdəliklərlə bağlı təlimlər təşkil olunacaq. Onun sözlərinə görə, “Rəqəmsal məktəb” platformasından istifadə müəllim və məktəb rəhbərliyinin iş yükünün azaldılmasına xidmət edəcək.

O həmçinin qeyd edib ki, hazırda valideynlərin qeydiyyat göstəricisi 62–65% civarındadır. Bu göstəricinin yüksəldilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb.



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap