“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Əri ilə dalaşandan sonra zəhər içib... - Rəsmi açıqlama

Tarix 04.09.25, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


Qazax rayonu, Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanov media vasitəsilə müraciət yayıb. O, müraciətində qızının ölüm işinin nəzarətə götürülməsini və yenidən araşdırılmasını istəyib.

Asif Qurbanovun müraciətinə cavab olaraq Baş Prokururluqdan bildirilib ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb:

“Araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içərək daha sonra bıçaqla özünə xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib.

Qeyd olunan fakt həmin vaxt orada olmuş zərərçəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb. 

Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib. 
Həmin qərardan verilmiş şikayət Qazax rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız hesab olunub, qərar qüvvədə saxlanılıb”.



Xəbərin oxunma sayı : 319




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap