“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Direktordan şikayət etdilər, işdən çıxarıldılar - VİDEO

Tarix 04.09.25, 9:36

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə 20 ildən çoxdur çalışan üç müəllim eyni vaxtda işdən çıxarılıb.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, həmin müəllimlər iddia edirlər ki, işdən çıxarılmalarına səbəb direktor Afaq Əliyeva ilə bağlı müvafiq qurumlara şikayət etmələridir.

İşdən azad edilən müəllimlərdən biri Saleh Məmmədovdur. O iddia edir ki, direktor Afaq Əliyeva şəxsi intriqaları səbəbindən qərəzli şəkildə onu işdən uzaqlaşdırıb.

İşdən çıxarılan digər müəllim Kəmalə Mönsümova da həmkarları ilə eyni fikirləri bölüşüb.

Məsələ ilə bağlı Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən bildirilib ki, 201 nömrəli tam orta məktəbin qeyd olunan üç müəllimi təhsil müəssisəsinin iş ahəngini, "Təhsilverənlərin etik davranış Qaydaları"nın və əmək qanunvericiliyinin tələblərini, məktəbin daxili nizam-intizam qaydalarını pozduqlarına görə Həmkarlar Komitəsinin iclasında əməlləri qiymətləndirilərək onların əmək müqavilələrinə xitam verilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, məktəb direktoru Afaq Əliyeva adının hallandığı 4 məhkəmə işinin hər birini uduzub. Buna baxmayaraq hələ də vəzifəsini icra edir.

Ətraflı süjetdə:





Xəbərin oxunma sayı : 664




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap