Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Bacısının qətlində təqsirləndirilən şəxsin məhkəməsi - Yumruqla vurub, bədənində siqaret söndürüb

Tarix 29.11.23, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevin cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham aktını elan edib.

İttiham aktında qeyd edilib ki, hadisə bu il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib.

Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılaraq, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb.

Daha sonra dindirilən təqsirləndirilən şəxs ona qarşı elan edilən ittiham üzrə özünü qismən təqsirli bilib.

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin (mərhumun) hüquqi varisi, qızı Gülnaz Məmmədova təqsirləndirilən şəxsin onun dayısı olduğunu bildirib.

Onun sözlərinə görə, mərhum anası dayısı ilə birgə yaşayıb və dəfələrlə əzab və işgəncələrə məruz qalıb:

"Anamla dayımın arasında mübahisə hər zaman olub. Onlar bir evdə yaşayırdılar. Mən ailəli idim. Anamı özümlə saxlamağa imkanım yox idi. Dayım həbsxanadan azad olunandan sonra anama daha da işgəncələr verməyə başlayıb. Mənə anamın qətlə yetirilməsini əmim qızı məlumat verib. Məhkəmədən dayıma sərt cəzanın verilməsini tələb edirəm. Anamın yeganə övladıyam. Dayımdan xoşum gəlmirdi və ona görə anamı görə bilmirdim. Anam məndən 30 manat pul istədi. Dedi ki, Azərə bu pulu verməsəm məni öldürəcək".

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, A.Əfəndiyev hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 880




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap