“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda bu universitetlərdə yoluxma aşkarlandı: qruplar bağlandı - AÇIQLAMA

Tarix 14.10.21, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 2 universitetdə koronavirusa yoluxma faktı qeydə alınıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dillər Universitetinin 2 qrupunda yoluxma olduğu üçün həmin qruplar distant təhsilə keçib.

Məsələ ilə bağlı hər iki universitetlə əlaqə saxladıq:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov Bakupost.az -a açıqlamasında yoluxanların Fizika və Musiqi və İncəsənət fakültələrinin tələbələri olduğunu deyib: "Universitetin fizika və riyaziyyat, eyni zamanda incəsənət və fiziki tərbiyə fakültəsinin 1 qrupunda koronavirus aşkarlanıb. Yoluxma ilə əlaqədar olaraq tələbələrin təhsil aldıqları qruplarda dərslər 2 həftəlik distant formaya keçirilib".

Azərbaycan Dillər Universitetindən isə bildirilib ki, tədrisin distanta keçməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil: "Dərslər başlayandan bu günə qədər 8 tələbədə COVID-19 aşkarlanıb. Həmin tələbələr karantinə alınıb. Tədrisin distanta keçməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Qrupun karantinə alınması, yaxud dərslərin onlayna keçməsi yalnız bir qrupda 3 tələbədə virus aşkar olunduğu təqdirdə olur. Belə hal isə ADU-da yoxdur".



Xəbərin oxunma sayı : 658




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap