“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Banqladeşdəki aksiyalarda 115 nəfər ölüb – Nə baş verir?

Tarix 21.07.24, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


Banqladeşdə hökumət işləri üçün kvota sisteminə qarşı keçirilən etiraz aksiyaları zamanı 115 nəfər dünyasını dəyişib.

AzFakt.com BBC-yə istinadla xəbər verir ki, azı 300 polis əməkdaşı yaralanıb.
Qeyd olunur ki, etirazlar fonunda ölkədə komendant saatı tətbiq edilib, asayişi qorumaq üçün orduya göstəriş verilib.
“Hökumət komendant saatı tətbiq etmək və ordunu mülki hakimiyyət orqanlarına kömək etmək üçün göndərmək qərarına gəlib”, - deyə Banqladeş Baş Naziri Aparatının sözçüsü Naimul İslam Xan bildirib.
Qeyd edək ki, Banqladeşdə hökumət işləri üçün kvota sisteminə qarşı etirazlar bir neçə həftədir davam edir və bazar ertəsi Dəkkə Universitetinin kampusunda etirazçılar, polis və hökumətyönlü tələbə fəallar arasında baş verən insidentdən sonra daha da şiddətlənib.
Çərşənbə axşamı Banqladeşdə 6 nəfərin ölümündən sonra hökumət ölkədəki universitetlərin bağlanması ilə bağlı qərar qəbul edib və polis əsas müxalifət partiyasının qərargahına basqın edib.
Etirazçılar 1971-ci ildə Banqladeşdə Müstəqillik Müharibəsində döyüşmüş veteranların ailə üzvləri üçün dövlət işlərinin 30 faizinə qədərini saxlayan kvota sisteminə son qoyulmasını tələb edirlər.
Banqladeş hökuməti 2018-ci ildə kütləvi tələbə etirazlarından sonra kvotaları dayandırmışıd. Lakin ötən ay ölkənin Ali Məhkəməsi 1971-ci il veteranlarının qohumlarının yeni nümayişlərə səbəb olan vəsatətlərindən sonra qərarı ləğv edib və kvotaları bərpa etdi. Ali Məhkəmənin qərarından hökumət tərəfindən apellyasiya şikayəti verilib.



Xəbərin oxunma sayı : 1036




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap