“Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO Günel Nəfəs barədə: “Başından böyük danışma!“ “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

  • / Maqazin / — 10 Fevral 2024

    Günel Nəfəs barədə: “Başından böyük danışma!“

  • / Maqazin / — 03 Fevral 2024

    “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova

  • / Maqazin / — 06 Yanvar 2024

    “Sevəcəyim şəxs minimum milyonçu olmalıdır“ - Roza Zərgərli

  • / Maqazin / — 05 Yanvar 2024

    Azərbaycanlı model Dubayda ərə getdi - FOTOLAR

Barışmaq istəməyən arvadını marketdə öldürübmüş... - TƏFƏRRÜAT

Tarix 08.02.24, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Ötən ilin martında Gəncə şəhərinin Məhsəti qəsəbəsində arvadını qətlə yetirən 1983-cü il təvəllüdlü Ruslan Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Şirinov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şirinov 2014-cü ildə uzaq qohumu olan 1995-ci il təvəllüdlü Züleyxa ilə ailə qurub, onların iki övladı dünyaya gəlib. 2020-ci ildən etibarən isə cütlüyün münasibətləri tədricən pozulub.

Həmin ərəfədə Züleyxa Bakıda yaşadıqları evi tərk edərək Gəncədə anasının yanına köçüb. Lakin Ruslan Züleyxa ilə əlaqəni kəsməyib. Bir müddət sonra keçmiş xanımının Gəncədə marketlərdən birində çalışmasını öyrənən Ruslan Şirinov onun işdən çıxmasını tələb edib. Barışmaq və işdən çıxmaqla bağlı tələblərinin yerinə yetirilmədiyini görən şəxs daha sonra bıçaq götürərək Züleyxanın iş yerinə gedib.
O, marketə daxil olaraq heç bir söhbət etmədən insanların gözü qarşısında Züleyxaya 16 bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məhkəmənin hökmü ilə Ruslan Şirinova 16 il həbs cəzası verilib. O, cəzasını ciddi rejimli müəssisədə çəkməlidir.



Xəbərin oxunma sayı : 1372




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap