Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bayden Putini necə dayandırmağı planlaşdırır? - Moskvaya qəti xəbərdarlıq

Tarix 04.12.21, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Co Bayden deyib ki, Rusiyanın qonşusu Ukraynaya qarşı hərbi eskalasiyasını çox-çox çətin edəcək təşəbbüslər hazırlayır. Bundan az əvvəl Kiyev Rusiyanın Ukrayna sərhədlərinin yaxınlığında böyük hərbi qüvvə toplamasından və onun gələn ay mümkün hücumundan narahatlığını bildirmişdi.

ABŞ Prezidentinin xəbərdarlığı Rusiya rəsmilərinin Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında videodanışıqların yaxın günlərdə gözlənildiyini bildirdikləri vaxta təsadüf edib.

Bayden deyib ki, o hazırda Putinin qorxulan addımı atmasını çətin, son dərəcə çətin edəcək ən geniş və ən mənalı təşəbbüslər paketi hazırlayır. Bayden jurnalistlərə deyib ki, onun administrasiyası vəziyyətlə bağlı Ukrayna və Avropa müttəfiqləri ilə daimi əlaqədədir.

Bundan əvvəl Rusiyanın Ukraynaya yaxın bölgələrdə 90 minədək əsgəri qüvvə topladığı xəbər verilmişdi.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasına müdaxilə edib. Bunun ardınca yarımada ilhaq olunub və Ukraynanın şərqində rusiyayönlü separatçılıq baş qaldırıb. NATO və Qərb liderləri bundan əvvəl dəfələrlə Rusiyanın hərbi eskalasiyanı artırmasının nəticələri barədə xəbərdarlıq ediblər.

Dekabrın 3-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov millət vəkillərinə deyib ki, kəşfiyyat Rusiya tərəfindən geniş hərbi eskalasiyanın baş verə biləcəyini bildirib. Nazir parlamentdə etdiyi çıxışda deyib ki, kəşfiyyat belə bir eskalasiyanın yanvarın sonlarında ola biləcəyi qənaətindədir. O bildirib ki, hərbi eskalasiya təhlükəsinin azaldılmasının ən münasib yolu müttəfiqlərlə işləmək və mümkün təcavüzün təcəvüzkara baha başa gəlməsinə çalışmaqdır.

Bu arada Putinin köməkçisi Yuri Uşakov deyib ki, Putin və Bayden arasında videodialoqun konkret günü və saatı məlumdur, amma rəsmi məlumatdan əvvəl belə bir danışıqların bütün parametrləri amerikalılarla razılaşdırılmalıdır. Onun sözlərinə görə, yalnız bundan sonra videokonfransın vaxtı barədə rəsmi məlumat veriləcək.

Uşakov deyib ki, Putin Baydenlə söhbət zamanı NATO-nun şərqə doğru genişlənməsini və Ukrayna da daxil, qonşu ölkələrdə bizə hədə yaradacaq silah sistemlərinin yerləşdirilməsini hüquqi baxımdan istisna edən öhdəlik götürülməsini tələb edəcək.

Bəzi məlumatlara görə, Putin dekabrın 3-də Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla danışıb və Ukraynanın, Donbas münaqişəsində Türkiyə istehsalı dronlardan istifadə etməsindən narazılığını bildirib.

Lakin Ankaradan alınan rəsmi məlumatda iki liderin Suriya və Liviyanı müzakirə etdikləri bildirilir. (azadliq.org)



Xəbərin oxunma sayı : 898




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap