Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bloger Monqolustan quzusundan kabab çəkdi, dadı necədir? - Test edildi

Tarix 11.11.25, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


Son aylar Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri xaricdən gətirilən ətlərdir. Xüsusilə, Monqolustandan gətirilən dondurulmuş quzu ətləri yerli alıcılar tərəfindən birmənalı qarşılanmır. 

Bloger Monqolustan quzusundan kabab çəkdi, dadı necədir? - Test edildi 
Qeyd edək ki, Monqolustan ətlərinin qiyməti yerli bazarda 11-14 manat arasında dəyişir.

Bəziləri heyvanların islami qaydalarla kəsilmədiyini, bəziləri isə dadının yerli ətdən çox fərqli olduğunu iddia edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin halal kəsimlə bağlı yaydığı açıqlamada bildirilir ki, əgər ölkəyə məhsul idxal edən şəxs bəyan edirsə ki, ölkəyə "halal ət" və yaxud "halal kolbasa" gətirir, o zaman bəyan etdiyi məlumatla, gətirilən məhsulun faktiki tərkibi laborator analizə cəlb edilir və müvafiq qərar verilir. Yəni "halal" standartı isə məcburi yox, könüllüdür.

Monqolustan quzusunun dadı da insanlara maraqlıdır.

Bakıda blogerlərdən biri "monqol əti"ndən kabab bişirib. Alibaba Məmmədov adlı bloger Monqolustan ətindən bişirilən kababı yedikdən sonra onun dadı barədə sosial şəbəkələrdə paylaşım edib.

"Mən Monqolustan ətindən bişən kababın dadına baxdım. Bizim quzuların ətindən bişən kababın dadını verə bilməz. Yerli quzuların kababı kimi yumşaq deyil, bərkdir. Yəni yerli quzuları əvəz edə bilməz".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. (day.az)




Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap