“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Sahibkarlardan pul yığan şəxslər peyda olublar: Sənədlərə məcburi imza atdırırlar

Tarix 11.11.25, 10:26

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron və Sumqayıt ərazisində özlərini Dövlət Vergi Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər sahibkarlardan pul yığırlar.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, onlar Masazır kəndində bir neçə ticarət obyektinə daxil olaraq, guya "vergi xidmətləri" həyata keçirdiklərini bildiriblər. Hətta bəzi hallarda "müqavilə" adı altında saxta sənədlərə sahibkarları məcburi imza atdırıblar.

Həmin şəxslər ticarət obyektlərindən birinin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən şəxslərin quruma heç bir aidiyyəti yoxdur və onların bu cür "xidmətləri" mövcud deyil.

Xidmətdən əlavə olaraq o da bildirilib ki, bu cür hallara təkcə Abşeron və Sumqayıt ərazisində deyil, ölkənin digər bölgələrində də rast gəlinir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə qeyd olunub ki, məsələ ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap