“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“8 noyabr” prospektində köhnə dəmiryolu relsləri niyə sökülür? - VİDEO

Tarix 11.03.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


“8 Noyabr” prospekti üzərində Nargilə dairəsi istiqamətində köhnə dəmir yolu relslərinin sökülməsi ilə bağlı işlər aparılır. Ərazi müvəqqəti olaraq hasarlanıb, xüsusi texnikalar işləyir, bəzi hissələrdə relslər artıq tam sökülüb.

Xezerxeber.az-ın xəbərinə görə, məlum olub ki, söküntülər paytaxtda yeni kanalizasiya kollektorunun çəkilməsi ilə əlaqədardır. Köhnə sənaye infrastrukturu kollektorun tikinti trayektoriyasına düşdüyü üçün həmin hissələr mərhələli şəkildə sökülür.

Ərazidə çalışan işçilərlə söhbət zamanı məlum olub ki, burada yeraltı kollektor xətti yeni üsulla çəkilir.

“8 Noyabr” prospekti boyunca görünən relslər bir vaxtlar neft sənayesinə xidmət edən sənaye dəmir yolu qollarından biri hesab olunurdu.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə aparılan söküntü işləri Sahil kollektorunun tikintisi ilə əlaqədardır. Layihə "Dəniz Mall" ərazisindən başlayaraq “Nargilə” kafesinin yaxınlığında yerləşən mövcud nasosxanaya qədər uzanır və mikrotunel üsulu ilə inşa olunur. Uzunluğu təxminən 9,8 km olan və diametri 2000 mm dəmir-beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. İşlərin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır.





Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap