“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bloqer Rusiya pasportu ilə Qarabağa buraxıldı - VIDEO

Tarix 26.07.21, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


Rus bloqer Sergey Vasilyev öz dostu ilə Rusiya pasportu ilə Qarabağa keçə bilib.

"Qafqazinfo” xəbər verir ki, o, dostu ilə həyata keçirdiyi səfərini əvvəldən sona qədər lentə alıb və öz yutub kanalında yerləşdirib.

Vasilyev yol boyu ermənilərlə söhbət apararaq Qarabağa kimlərin buraxıldığını soruşub. O bildirib ki, rus sülhməramlıların olduğu ilk yoxlanış məntəqəsinə çatdıqda Rusiya şəxsiyyət vəsiqəsi ilə buraxılacağını düşünmürdü. Lakin ona heç bir problem yaratmadan buraxıblar. Daha sonra səfərini davam etdirən S. Vasilyev ikinci məntəqəyə çatdıqda onlara xaricilərin buraxılmadığını desələr də, sonradan buraxıblar.

Bloqerin lentə aldığı kadrlardan bir erməninin maşınında Şuşa şəhərinə qədər gəldiyini, daha sonradan Xankəndinə getdiyini görmək mümkündür.

O, rus sülhməramlıların olduğu bütün məntəqələrdən keçdiyini və Xankəndinə qədər gəldiyini deyir. Bütün video boyu rus bloqer Qarabağda sərbəst şəkildə hərəkət edir.

Qeyd edək ki, 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Xatırladaq ki, MDB vətəndaşlarının Qarabağa  buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi istiqamətdən olmalıdır. Laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridor rolunu oynayır.








Xəbərin oxunma sayı : 592




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap