“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Britaniya hökumətində səs-küylü istefalar - Starmer kabinetində ciddi dəyişikliklər

Tarix 06.09.25, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın baş nazirinin müavini Anjela Reynerin istefası ölkənin siyasi gündəmini silkələyib. BBC-nin məlumatına görə, onun gedişi baş nazir Kir Starmerin kabinetində genişmiqyaslı kadr dəyişikliklərinə səbəb olub.

Reynerin yerinə baş nazirin müavini postuna indiyədək xarici işlər naziri vəzifəsini icra edən Devid Lemmi gətirilib. O, həm də Ədliyyə Nazirliyinə rəhbərlik edəcək. Xarici işlər naziri postuna isə keçmiş daxili işlər naziri İvett Kuper təyin olunub. Onun boşaltdığı Daxili İşlər Nazirliyinə isə Şabana Mahmud gətirilib. Mahmud əvvəllər məhz ədliyyə naziri idi və bu vəzifəni Lemmiyə ötürüb.

BBC yazır ki, Mahmudun təyinatı Starmer hökumətinin prioritetlərini aydın şəkildə göstərir: qeyri-leqal miqrasiya və qaçqın məsələləri Londonda əsas gündəm olaraq qalır. Parlamentdə sərt miqrasiya siyasətinin tərəfdarı kimi tanınan Mahmudun yeni mövqeyi bu kursun daha da güclənəcəyindən xəbər verir.

Kabinetdə başqa dəyişikliklər də baş verib. Şotlandiya məsələləri üzrə nazir İan Myurrey və İcmalar Palatasının lideri Lyusi Pauell vəzifələrini itiriblər. Bununla belə, maliyyə naziri Reyçel Rivz öz postunu qoruyub.

Anjela Reyner hökuməti tərk etməklə yanaşı, Əmək Partiyasının sədr müavini və mənzil-kommunal təsərrüfatı naziri postlarını da itirib. Onun istefasına səbəb kimi “vergidən yayınma qalmaqalı” göstərilir.

Siyasi müşahidəçilər hesab edirlər ki, Reynerin gedişi Starmer hökuməti üçün ciddi zərbədir. Bununla belə, yeni kadr dəyişiklikləri baş nazirin mövqelərini möhkəmləndirmək və daxili gündəmi nəzarətdə saxlamaq cəhdi kimi dəyərləndirilir. Xüsusilə sərt miqrasiya siyasətinin davam etdirilməsi Londonda hakimiyyətin qarşıdakı illərdə əsas prioritetlərindən biri olaraq qalacaq.



Xəbərin oxunma sayı : 991




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap