| |
|
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
Dünyanın ən qəribə müharibəsi: Bütün ölkə dəvəquşlara məğlub oldu - TARİX
Tarix 29.09.24, 22:46 |
|
Tarixin ən qəribə müharibəsi hansıdır? Yəqin ki, çoxumuz Zənzibar adasında cəmi 38 dəqiqə davam edən müharibəni düşünərik. Amma ondan daha qəribəsi bizdən xeyli uzaqda olan qitə dövlətində baş verib.
Qitədə firavan həyat yenə müstəmləkəçi dövlətlərin buraya addım atmalarına qədər olub. Avstraliyanın həqiqi yerliləri həmin dövrə qədər döyüşdən, müharibədən uzaq olublar.
Qitəni kəşf edən ingilislər narazı olduqları vətəndaşlarını ölkənin ən yararsız hesab etdikləri bölgələrinə sürgün ediblər. Üstəlik, həm maddi sərvətlər, həm də qul əldə etmək üçün qitəyə güclü axın başlayıb. Get-gedə ölkənin əhalisi çoxalıb.

İyirminci əsrin 20-ci illərində ölkəni ağır böhran ağuşuna alıb. Tarixə bu, "böyük böhran” adı ilə daxil olub. Avstraliyanın iqtisadiyyatı demək olar ki, tamamilə çöküb. Bütün ölkəni işsizlik bürüyüb. Maddi sıxıntılar ölkəyə eyni zamanda psixoloji sıxıntılar da gətirib. Əhalinin bütün təbəqələri ağır depressiyanın əsiri olub. Ciddi ərzaq qıtlığı fermerlərin də işini iflic edib. Fermerlər min bir əziyyətlə və pulla əkib-becərdikləri buğdanı hər gün bir az da ucuz satmağa vadar olublar. Hər kəs fermerlərin yetişdirdiyi dənli bitkilərə möhtac olub.
Fermerlər böhranla mübarizə apararkən, ondan daha güclü və qəddar bir düşmənlə üz-üzə qalıblar. Emu! Bəli, söhbət dəvəquşukimilər sinfinə aid quş növü olan emulardan gedir.
Olduqca böyük gövdəyə malik bu quşlar təbiətdə çoxalıb, dəstələr şəklində qida axtarırlar. Təbiətdəki təbii qidalar kifayət etmədiyinə görə Avstraliyanın emuları çətin vəziyyətdə olan əhalinin "boğazına şərik olmağa” başlayırlar. Fermerlər onlarla heç cür mübarizə apara bilmirlər. Həm bədəncə çox iri idilər (təxminən 2 metr boyunda), həm də çox sürətli qaçırdılar. Qaçan emu sürüsünün ayaqları altında qalıb əzilmək ölümlə nəticələnə bilərdi. Üstəlik acgöz quşların bədəni ağır zərbələrə davamlı idi. Bəhsi gedən dönəmdə Avstraliyadakı emu sayı təxminən 20 min idi və bu rəqəm kifayət qədər təhlükəli idi.

İri quşlar təbiətdəki qida ilə kifayətlənməyib, gecə-gündüz taxıl anbarlarına və zəmilərinə hücum edir, buğdanı talayırdılar. Özlərinin verdiyi zərər azmış kimi, hücum etdikləri anbarların və zəmilərin hasarlarını qırırdılar. Bununla da digər vəhşi heyvanların da hücumuna zəmin yaranırdı.
Bir sözlə, vəziyyət artıq dözülməz həddə çatırdı. Ölkə tamamilə ac qalmaq təhlükəsi ilə üz-üzə qalırdı. Fermerlər məcbur olub dönəmin müdafiə naziri Corc Pirsə müraciət ediblər. Əslində, bütün ölkə artıq bu təhlükəni bilirdi. Keçmiş döyüşçülərdən (veteranlardan) ibarət bir qrup şəxs nazirin qəbulunda olub, onu məsələdən agah edir. Nazirdən kəndləri emu işğalından azad etmək üçün səlahiyyət və pulemyot istəyirlər. Ölkədəki qıtlığı və emu istilasından çoxdan xəbəri olan nazir dərhal onlara bu səlahiyyəti verir və əmr edir: "Məhv edin!”
Əslində, nazir bu icazəni yalnız qida təhlükəsizliyi üçün verməmişdi. Müdafiə naziri emuları çox yaxşı tanıyırdı. Onların sürətinə və hədəfdən yayınmaq məharətinə bələd idi. Uça bilməyən bu nəhəng quşların bədəni zirehi xatırladırdı. Pulemyot gülləsi onların bədəni üçün ölümcül deyildi. Emunu güllə ilə öldürmək üçün onların yalnız başını hədəf almaq lazım idi. Nəhəng quşların başı isə çox balaca idi. Hərəkətdə olan iri quşun balaca başını nişan almaq olduqca yüksək atıcılıq məharəti tələb edirdi. Veteranlar üçün bu məsələ çox əhəmiyyətli bir hərbi təlimə bərabər idi. Müdafiə naziri bu icazəni verməklə həm veteranların döyüş qabiliyyətini artırmağı, həm də xalqın gözündə fermerlərin qayğısına qalan bir nazir olmağı hədəfləmişdi. Şöhrətini artırmaq üçün nazir döyüşçülərlə bərabər çəkiliş qrupu da bu işə cəlb edib. Onlara bütün atışları və emu qırğınlarını lentə almaq tapşırılıb.
Beləliklə, xüsusi bir ordu yaradılır. Orduya rəhbərlik topçu alayından mayor Merediyə tapşırılır. Yaradılan ordu I və II Dünya müharibəsində istifadə olunan 1 saniyədə 10 mərmi atan Luiz tüfəngləri ilə silahlandırılır. Hədəf isə bütün emuların məhv edilməsi idi.

Bütün hazırlıqlar tamamlanandan, ordu döyüş vəziyyətinə gətiriləndən sonra ölkədə emulara qarşı rəsmi müharibə elan olunub. Nazirin hesablamalarına görə 3 kilometr məsafədən hədəfi məhv etməyə qadir olan silahlarla təchiz olunan və təcrübəli döyüşçülərdən ibarət olan ordu dərhal bütün emuları qitədən siləcək.
Elə döyüşün ilk saniyələri təbiət emuların harayına çatır. Təcrübəli və yüksək rütbəli əsgərlər emu sürülərindən birini mühasirəyə alır. "Düşmən”i nişan alıb atəş açmaq istəyəndə şiddətli yağış başlayır. Bundan təlaşa düşən quşlar dərhal qaçıb gizlənirlər. Hədəfdə bir emu da qalmır. Məcburən geri çəkilən ordu bir neçə gün gözləmək məcburiyyətində qalır. Günlər sonra "kəşfiyyat” təxminən min emudan ibarət sürünün yerini müəyyən edir. Bu dəfə Avstraliya ordusu bütün canlı qüvvəsini səfərbər edir. Hər kəs əmr olunan yerdə mövqe qurub "atəş!” əmrini gözləyir. Nəhayət "vur!” əmri verilir. Bir neçə saniyə içində minlərlə güllə atılır. Silahlar susanda meydanda "düşmən” görünməyib.
Hamsı qaçıb canlarını qurtarmışdı. Cəmi 12 atıcı emunun başını nişan ala bilmişdi. Bu "böyük əməliyyat” belə rüsvayçılıqla sona çatıb. Bu əməliyyat həm də ən uğurlusu olmuşdu. Növbəti əməliyyatlarda yalnız 1-2 emu öldürə bilmişdilər.
Bu əməliyyatlara münasibət bildirən ordunun komandiri vəziyyəti belə şərh etmişdi: "Emuların qoşunlarının bir başçısı var və o, çox uğurlu strategiya tətbiq edir”.
Saysız uğursuz əməliyyatlardan sonra komandir Meredi bu dəfə "döyüş taktikasını” dəyişir. Hərbi maşınların üzərinə pulemyotlar yerləşdirib "döyüşə” göndərir. Bu isə ağır vəziyyəti daha da ağırlaşdırır. Çünki hərəkətdə olan maşından nişan alıb hərəkətdə olan hədəfi vurmaq mümkün deyildi. Üstəlik, yollar kələ-kötür olduğuna görə demək olar ki, heç atış baş vermir. "Döyüş” təxminən 7 gün davam edir və orta hesabla 25 min mərmi sərf olunur. 25 min mərmi ilə heç 50 "düşmən” də məhv edilmir. Müdafiə naziri artıq mətbuatda da tənbeh olunur.
Ölkənin ordusu vətəndaşın gözündən düşməyə davam edir.Fermerlər məcbur olub bu dəfə Baş nazirdən imdad diləyir. Baş nazir də demək olar ki, eyni strategiyanı tətbiq edir- müharibə!

Güllə yağışları isə emuları sadəcə "qıdıqlayırdı”. Əkinlərin, anbarların talanı davam edirdi. Müdafiə naziri və baş nazirin rəhbəri olduğu müharibə orta hesabla 1 ay davam edir. Bir ay sonra məhv edilən "düşmən” sayı heç min də olmur. Hədəf isə 20 min emu idi. Bir ay sonra hərbi əməliyyatlar dayandırılır. Bu dəfə kəndlilər işə cəlb olunur. Məhv edilən hər emu üçün pul mükafatı təyin olunur. Təcrübəli ordunun öhdəsindən gələ bilmədiyi bu işi kəndli də həll edə bilmir. Hökumət məcbur olub rəsmən müharibənin sona çatdığını və emulara məğlub olduğunu elan edir. Beləliklə, rəsmən elan olunan müharibə rəsmən də başa çatmış olur. Amma emu istilası həmin tempdə davam edir. Növbəti illərdə hökumət bu dəfə başqa yolla bu məsələni həll edir. Yüksək və olduqca möhkəm sədlər çəkilir. Artıq emular kəndlərə hücum edə bilmirlər! Fermerlər taxılı yalnız "ənənəvi” düşmənlərdən qoruyub bazara çıxarırlar.
Avstraliya bu çətin məsələnin öhdəsindən gəlir, yalnız bu məsələ tarixə 2 məqamı ilə həkk olunur. Birincisi, ölkənin emularla müharibəni uduzması, ikincisi isə uğursuz əməliyyatları şərh edərkən müdafiə nazirinin "düşmən” haqqında sözləri: "Emular silah gəzdirə bilsəydilər, Dünyanın istənilən ordusu ilə döyüşə bilərdilər. Onlar hətta tanklarla da üz-üzə gələ bilirlər”.//Musavat.com
Xəbərin oxunma sayı : 1432
Xəbərlər
-
Sevdanın qırmızı obrazı müzakirə yaratdı - FOTOLAR
-
Ronaldo boykotu dayandırdı: Klub onun şərtlərini qəbul etdi
-
“ABŞ ilə İran arasında ani savaş təhlükəsi yoxdur“ - Hakan Fidan
-
Məşhur general Ayaz Həsənov məhkəməyə verildi - Detallar
-
Bakıda kütləvi dava - Hücuma məruz qalan türk iş adamının Əyyubovlarla nə əlaqəsi var?
-
“İrəvan və Bakı sülhü geri dönməz hesab etməyə çox yaxındırlar“ - Nikol Paşinyan
-
“Şeyx Lounge“ restoranını yandıranlar saxlanıldı - VİDEO
-
Bu rayonlarda sabah qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Hamlet İsaxanlının qızları kimlərdir və harada işləyirlər? - DOSYE +FOTO
-
“Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq“ - İlham Əliyev
-
Sabiq deputat Fəzail Ağamalı vəfat etdi - Türkiyədə
-
Vens Paşinyanla görüşdü - Birgə bəyanat imzaladılar
-
Əli Kərimli, Məmməd İbrahim və Eldar Əmirovun həbs müddəti uzadıldı - 4 ay
-
Zaur Axundova cinayət işi açıldı - Külli miqdarda yeyinti
-
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi - FOTOLAR
-
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
-
Neftçala icra hakimiyyətinin hesabat yığıncağında himn qalmaqalı - Başçı təxribatdan şübhələnir...
-
“SS Butik“in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi...
-
“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” - Adəm İsmayıl Bakuvi
-
“Xarici qüvvələrin İrana müdaxilə cəhdləri uğursuz nəticələnib“ - Xamenei
-
4 milyona görə həbs edilən dəstə başçısı da - Ev dustaqlığına buraxıldı
-
Anar Əlizadə haqqında ilginc faktlar - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə...
-
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
-
Yanardağ Dövlət Qoruğunun ərazisi də satılıb? - Abşeron icra başçısı nə edir? - VİDEO
-
Dövlət qurumunun binasında oğurluq - 5,8 minlik ziyan
-
Pensiyalar bu qədər artacaq - Rəqəmlər açıqlandı
-
“Nar“ın tərəfdaşlığı ilə “GəncVİZYON“ ideyatonu uğurla başa çatıb - FOTOLAR
-
Tahir Budaqov işdən çıxarıldı, bu rayona icra başçısı təyin edildi - Sərəncam
-
Əmək pensiyaları indeksləşdiriləcək - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Klinika sahibinin qətl törədən oğlu - Bəzi günlərini azadlıqda keçirəcək
-
ABŞ Afrika mineralları ilə bağlı Çinlə “müharibə vəziyyətindədir“ - “Reuters“
-
Toyuq ixracı dayandırıldı - Azərbaycanda qiymətlər dəyişəcək?
-
Xidmətin rəisi əvəzi 28 yaşlı qaynına yüksək vəzifə verdi - FOTO
-
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
Eldar Quliyev həm deputatdır, həm rektor...- Bu necə olur?
-
Prezident Cabbar Musayevi vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq - İranın ədliyyə rəhbəri
-
Bu şəxslərin maaşları artırılacaq - Deputat AÇIQLADI
-
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı - FOTO
-
Nazirlik 157 min manata 12 adda qəzet alacaq - Siyahı
-
DSX-dən İranla sərhəddə əməliyyat: Saxlanılanlar var
-
Prezident daha bir qəbul keçirdi - Video - Fotolar
-
Taksidə gediş haqqı bahalaşdı - 10 faizlik artım
-
DTX bu 9 nəfəri axtarışa verib - ADLAR
-
Şəxsi məlumat yayan media subyekti məsuliyyət daşıyacaq - Ali Məhkəmə
-
Çində ilk mikrodalğalı silah hazırlanıb - Peykləri sıradan çıxara biləcək
-
Xaricdə və Azərbaycanda həkimlər nə qədər qazanır? - SİYAHI
-
DİN-dən xaricdə iş təklifləri ilə bağlı xəbərdarlıq - VİDEO
-
Sabunçuda sakinlər üçün təhlükə yaradan hasar - Daşlar yerə tökülür
-
Naxçıvana yeni Baş nazir təyin olundu - Cabbar Musaye kimdir? + DOSYE
-
AAYDA-da “Həmzəyev piramidası“ - Məmmədov “yağlı” vəzifələri maliyyə rəsinin qohumlarına tapşırıb
-
Vəliyev vəzifəsindən azad olunub - İcra başçısı müavini idi
-
Oğurladığı kartla marketdə alış-veriş etdi - VİDEO
-
“Narahatlığa heç bir əsas yoxdur” – MN-də çağırış
-
Astara sakinlərinin zibil problemi: Tullantılar kanalların yollarını bağlayır
-
Hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
-
Baş İdarə əməliyyat keçirib - 21 kq narkotik aşkarlanıb
-
Yeni binalarda ciddi problem aşkarlandı - VİDEO
-
Məktəblilər arasında insident - 15 yaşlı yeniyetmə bıçaqlandı
-
Azərbaycanda yetişdirilən portağal niyə daxili təlabatı qarşılamır? - VİDEO
-
Ödəniş kartları ilə bağlı dələduzluq hallarında artım - VİDEO
-
14 fevral öncəsi restoranlarda fantastik depozit qiymətləri - VİDEO
-
Azərbaycanda toyuq ətinə tələbat kəskin artdı - VİDEO
-
Ən çox istifadə olunan məhsul bahalaşıb - Amma alternativi yoxdur
-
“Nə müəllim, nə də valideyn bu kabusun öhdəsindən gələ bilmir“ - Sabiq deputat
-
Bakıda kanalizasiya xəttinin təmiri üçün qazılan yol niyə bərpa edilmir? - VİDEO
-
AŞPA-nın Azərbaycana qarşı ikili standartlarının arxasında nə dayanır? - VİDEO
-
“Zelenski və Putin mürəkkəb məsələləri razılaşdırmaq üçün şəxsən görüşməlidirlər“ - Andrey Sibiqa
-
Serialları uzun müddət izləmək tənhalıq hissi ilə əlaqəlidir – Araşdırma
-
Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq - Sabahdan
-
Məktəblərdə təhlükəli vəziyyət: Artan insidentlərin pərdəarxası səbəbləri
-
Agentlik Sabirabadda10 mənzil alır - Biri 69 min manatdan
-
Bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərləndi - Qubada
-
Metroya dəstək, avtomobilə alternativ: Bakıya tramvay qayıdır
-
Avropa Ukrayna ilə bağlı Putinlə danışıqlar aparmalıdır - Çexiya Baş naziri
-
Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır
-
“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı - FOTOLAR
-
“İran ABŞ ilə danışıqlarda hərbi personalın iştirakına qəti şəkildə qarşıdır“ - Əraqçı
-
Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları şok etdi - FOTO
-
Ceyhun Bayramovla Hakan Fidan telefonda danışıdı - Nələr müzakirə olunub?
-
Epşteynlə əlaqələr, korrupsiya, rüşvət - Ermənipərəst konqresmenlərin adları qalmaqalda
-
Hindistan Azərbaycandan qaz ala bilər - SOCAR-la danışıqlar gedir
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
-
“İran-ABŞ danışıqları irəliyə doğru atılmış addımdır“ - Pezeşkian
-
Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO
-
Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?
-
Mənzil bazarı: Harda bahalaşır, harda sabit qalır?
-
“ABŞ ilə növbəti danışıqlar başqa yerdə keçirilə bilər“ - Əraqçi
-
Qar yağacağı gözlənilir... - Sabahın havası
-
Zabrat qəbiristanlığı baxımsız halda:Sakinlər yaxınlarını ziyarət edə bilmirlər
-
“Starlink“in söndürülməsi cəbhədəki vəziyyəti dəyişib“ - Ukrayna SQ
-
İcra başçısının müavini ilə dalaşan şəxs yenidən məhkəmə qarşısında:“Təzyiq göstərirlər“
-
Bahalı torba, sönük ekoloji nəticə: Qiymət artdı, vəziyyət dəyişmədi
-
Prezident ailəsinə Şah Abbas məscidində “Qurani-Kərim” hədiyyə etdilər -Fotolar
-
İlon Mask smartfon bazarına daxil olur: "Tesla Phone" gəlir?
-
Bu yol bağlıdır - Sürücülərin nəzərinə +FOTOLAR
-
Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
-
İranın raket proqramı müzakirə mövzusu deyilv - Abbas Əraqçi
-
Prezidentin qızı və gəlini uşaqlarla belə əyləndilər - FOTOLAR
-
200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (VİDEO)
-
“Card-to-card“ dövrü bitir? - Hər kəsin bilməli olduğu yenilik
-
Xalq artisti Aygün Kazımovanın yeni görünüşü - VİDEO
-
Ronaldo meydana çıxmaqdan imtina etdi - Nədən narazıdır?
-
Azərbaycanda da 12 illik təhsilə keçiləcək? - AÇIQLAMA
-
Güclü yağışlar nəticəsində dağılan körpü hələ də bərpa olunmayıb - VİDEO
-
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
-
Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO
-
Müəllimin sinifdən çəkdiyi bu video müzakirə yaratdı - VİDEO
-
At ətini mal ətindən necə ayırmaq olar? - İqtisadçıdan təklif
-
“Uranın zənginləşdirilməsi davam etməlidir“ - Əraqçi
-
Paris parlamentinin növbəti iflası: Hüquqi qüvvəsi olmayan “qətnamə şousu“
-
Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə yeni təyinat
-
Ədviyyat bazarında asılılıq problemi: Hansılar daha keyfiyyətlidir?
-
“Yuventus“ klubu Kenan Yıldızla razılığa gəldi - Müqavilənin detalları
-
Müəllimin sifarişi “Teleqram“dan verilibmiş? - Lisey işində yeni detallar
-
“Əgər İrana hücum edilsə, biz regiondakı ABŞ bazalarını hədəf alacağıq“ - Əraqçi
-
Bu sərvətləri məhv etməyin cəzası ağırlaşdırıldı - Həbs oluna bilərsiniz
-
“Putin və Tramp hazırda görüş planlaşdırmırlar” - Peskov
TOP 10
ARXİV






