“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı təxribatları intensivləşir - Düşmən nə istəyir?

Tarix 17.09.23, 22:36

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan silahlı qüvvələri və Azərbaycan ərazisindəki cinayətkar rejimin tör-töküntüləri tərəfindən ölkəmizə qarşı həm şərti sərhəddə, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən təxribatlar getdikcə daha da intensivləşir və onların coğrafiyası genişlənir.

AZƏRTAC xəbər verir ki, son aylar baş vermiş təxribatların sayında müşahidə edilən artım da bunu bir daha göstərir.

Belə ki, əgər bu ilin iyul ayında Ermənistan-Azərbaycan şərti sərhədində və Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilmiş təxribatların ümumi sayı 28 idisə (şərti sərhəddə - 12, Qarabağ iqtisadi rayonunda – 7, kvadrokopter və dron tətbiqi - 1, fortifikasiya işləri - 6, digər təxribatlar - 2), avqust ayında onların ümumi sayı 45-ə çatıb (şərti sərhəddə - 17, Qarabağ iqtisadi rayonunda – 3, kvadrokopter və dron tətbiqi - 4, diversiya qruplarının fəaliyyəti – 2, fortifikasiya işləri - 11, digər təxribatlar - 8). Sentyabr ayında isə təxribatların sayı kəskin surətdə çoxalıb. Belə ki, hələ ayın cəmi təqribən yarısını geridə qoymağımıza baxmayaraq, Ermənistan silahlı qüvvələri və Azərbaycan ərazisindəki cinayətkar rejimin tör-töküntüləri tərəfindən törədilən təxribatların sayı artıq 61-ə çatıb (şərti sərhəddə - 29, Qarabağ iqtisadi rayonunda – 3, kvadrokopter və dron tətbiqi - 6, diversiya qruplarının fəaliyyəti – 1, fortifikasiya işləri - 18, digər təxribatlar - 4).

Bütün bunlar göstərir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təklifini qəbul etmir, bölgədə vəziyyəti qəsdən gərginləşdirməkdə maraqlıdır. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.



Xəbərin oxunma sayı : 1297




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap