“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

Tarix 21.01.25, 13:05

Font ölçüsü : - / +
bitmap-img6


İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra "Facebook" səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb.

"Report" xəbər verir ki, Fərid Səfərlinin vətənə qaytarıldığı barədə DTX və XİN-in birgə məlumatından sonra mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillərdən yalan, şər-böhtan xarakterli şərhlər yazmağa başlayıblar.

Şərhlərdə, əsasən, “Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı” bildirilir.

Qohumlarından əldə olunan məlumata əsasən, Almaniyada tələbə olan, getdiyi İranda 2 il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib. Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında deyildiyi kimi, bu, qarşılıqlı prosedur çərçivəsində həyata keçib.

Odur ki, Azərbaycan mühitini tanımadan sosial şəbəkələrin Azərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhd edən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc göründüklərini bilsələr yaxşıdır.



Xəbərin oxunma sayı : 736




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap