“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Gələn ilin büdcəsindən kimə nə düşəcək? - Azalan və artan xərclər...

Tarix 09.09.21, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Maliyyə Nazirliyi sentyabnrın 8-də 2022-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərini açıqlayıb.Nazirliyin layihə ilə bağlı verdiyi məlumata görə, dövlət büdcəsinin gəlirləri 26 407 mln. manat proqnozlaşdırılır. Bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur.

2022-ci ildə dövlət büdcəsinin xərcləri isə 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artırılaraq 28 974 mln. manat proqnozlaşdırılıb. 

Lyihədə gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti isə 45 ABŞ dollarına bərabər götürülüb.Bu il bu məbləğ 40 dollardır. Hazırda Azərbaycan neftinin bir bareli 70 dollardan baha satılır.

2022 ilin büdcəsində təhsil, səhiyə və hüquq-mühafizə sahələrinin maliyyələşməsində artım gözlənilir. 

Müdafiə və təhlükəsizlik sahəsinin xərclərı isə azalıb. Eyni zamanda sosial müdafiə və sosial təminat üzrə ayrılan xərclərdə də azalma görünür.

Proqnoza əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olmalıdır. 2021 ildə müvafiq xərclərlə müqaisədə bu 86 mln. manatdan bir qədər çox azdır.

2021-ci il dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri təqribən 4 milyard 586 milyon manata yaxın nəzərdə tutulurdu.

Gələn ilin budcəsində layihəyə görə, sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 584 milyon 408 min manat olmalıdır. Halbuki, bu il həmin rəqəmin 3 692 746 545 olduğu açıqlanmışdı.

Gələn il dövlət büdcəsinin 8,38 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərclərinə ayrılmalıdır.2021 ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanların maliyyələşməsinə 2 mlrd 092 mln 827 min 281,0 manat ayrılması nəzərdə tutulub. 2022 ildə layihəyə görə, həmin məqsədə 2 milyard 428 milyon 367,1 min manat vəsait ayrıla bilər.

Gələn il habelə təhsil sektoruna 3 milyard 740 milyon 45 min manat vəsait proqnozlaşdırılıb. 2021-ci ilin təsdiq edilmiş büdcəsində isə eyni məqsədə 3 277 655 549 manat ayrılması nəzərdə tutulub.

Bu il səhiyə sistemində isə 1 mlrd 409 mln 546 manat xərclənməsi planlaşdırılmışdır. Gələn il üçün büdcə proqnozuna əsasən, səhiyyə xərcləri 1 milyard 443 milyon 373,1 min manat olmalıdır.



Xəbərin oxunma sayı : 856




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap