Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Mənzillərə istilik vaxtından tez verilə bilər? - “Azəristiliktəchizat” rəsmi müraciət gözləyir

Tarix 26.10.21, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Ölkə ərazisində havaların soyuması mənzillərin, sosial binaların istiliklə təmin olunması məsələsini gündəmə gətirib. Artıq bir neçə həftədir ki, soyuq havalara görə, insanlar öz mənzillərində qaz və elektrik qızdırıcılardan istifadə etməyə başlayıb. "Azəristiliktəchizat”ın istilklə təmin etdii binalar isə həmişə olduğu kimi noyabrın 15-dən mövsümə start verməlidir.

Bəs görəsən, soyuq havalarda Bakı və bölgələrdə istiliyin verilməsi bir qədər əvvələ çəkilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını "Azəristiliktəchizat” ASC-nin Abonent və  Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev cavablandırıb.

Qurum rəsmisi bildirib ki, istilik təchizatına dair münasibətlər  "Azəristiliktəchizat” ASC ilə istilik istehlakçıları arasında bağlanan müqavilə ilə tənzimlənir: 

"Hələlik  "Azəristiliktəchizat”a mövsümün vaxtından qabaq başlaması ilə bağlı heç bir müraciət olmayıb. Kəskin soyuqlar olarsa və bununla bağlı müraciətlər edilərsə, məsələyə yenidən baxıla bilər. İndiki halda istilik təchizatının vaxtından əvvəl başlamasına ehtiyac olduğunu düşünmürəm”.

Rafiq Əliyev bildirib ki, 2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar "Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb:

"İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 01 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulur. Mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə  3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur". 



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap