|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Nüvə böhranı. Putinə baxanda nə görünür? – “Nyu-York Tayms”
Tarix 17.10.22, 19:42 |
|
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Mən 13 günlük Kuba raket böhranını araşdırmışam. Putinə baxanda nə görürəm?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi jurnalist Maykl Dobbsdur. O həmçinin “Gecə yarısına bir dəqiqə qalmış: Kennedi, Xruşşov və Kastro nüvə müharibəsi astanasında” kitabının müəllifidir.
Məqalədə 1962-ci ildə SSRİ ilə ABŞ arasında yaşanmış, 13 gün (16-28 oktyabr) davam etmiş, Kuba raket böhranı adını almış münaqişədən bəhs edilir, hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibə, bu müharibənin yaratdığı nüvə təhlükəsi ilə tarixi paralellər aparılır.
Novator.az-ın məlumatına görə, Maykl Dobbs yazır ki, Kuba raket böhranı son onilliklərin ən ziddiyyətli, dünyanın nüvə məhvinə ən yaxın dövrü kimi yadda qalıb. Ukrayna müharibəsinin də oxşar risklər doğurduğunu vurğulayan müəllif bildirir ki, əslində bu risk Rusiya prezidenti Vladimir Putin qonşu Ukrayna ərazilərini rus torpağı elan edəndən mövcuddur.
Nüvə müharibəsi ilə digər müharibələr arasında yerlə göy qədər fərq olduğunu qeyd edən Maykl Dobbs yazır: “Adi müharibədə siyasi liderlərin səhvi xalqlara baha başa gəlsə də, hər halda insan övladının yoxa çıxması təhlükəsini doğurmur. Nüvə qarşıdurmasında isə nəinki kobud səhvlər, hətta cüzi anlaşılmazlıq da fəlakətli nəticələrə gətirib çıxara bilər. Ölkələr arasında hərbi gərginlik artdıqca səhvlərin buraxılması riski də böyüyür və buna bir misal da Kuba raket böhranıdır.
1962-ci ilin oktyabrında ABŞ prezidenti Con Kennedi sovet ordusunun Kubada öz mövqelərini gücləndirməsinin qarşısını almaq üçün adanı dənizdən blokadaya aldı. Kennedinin bu addımı Sovet İttifaqının rəhbəri Nikita Xruşşovu çətin seçim qarşısında qoydu: ya böhrana son vermək üçün Amerikanın açıq şəkildə elan etdiyi şərti – sovet raketlərinin Kubadan tam çıxarılması tələbini qəbul etmək, ya da nüvə müharibəsinə getmək”.
Hazırkı situasiyada rolların dəyişdiyini diqqətə çatdıran Maykl Dobbs bildirir ki, Putin qırmızı xətt çəkməyə can atır və bütün vasitələrdən, o cümlədən nüvə arsenalından istifadə olunacağı barədə xəbərdarlıq edir: “O, Rusiyanın bu yaxınlarda birtərəfli qaydada genişləndirdiyi sərhədləri qoruyacağını deyir. ABŞ prezidenti Cozef Bayden isə Ukraynanı müdafiə etmək prinsipinə sadiqliyini bəyan edir. Putinin qırmızı xəttinə məhəl qoyulmazsa, Kreml rəhbərinin buna necə reaksiya verəcəyi bəlli deyil.
Putinin nüvə fəlakətindən qaçmaq istəyən rasional oyunçu olduğunu fərz etsək belə, arxayınlaşmaq mümkün deyil. Çoxları elə bilir ki, 1962-ci ilin oktyabrında nüvə müharibəsi riskini doğuran əsas amil birbaşa Xruşşovla Kennedi, onların arasındakı qarşıdurma idi. Əslində riski artıran ən böyük səbəb o idi ki, Xruşşovla Kennedi qarışdırdıqları qazana heç də nəzarət edə bilmirdilər.
Mən Kuba raket böhranının xronologiyasını bütün incəliklərinəcən araşdırmışam. Və müəyyən etmişəm ki, o dövrdə Xruşşovla Kennedi baş verən proseslərin bəzisindən xəbərsiz olublar.
Böhranın ən təhlükəli günü oktyabrın 27-nə düşür. Həmin gün sovet raketi ilə Kuba səmasında ABŞ-ın U-2 kəşfiyyat təyyarəsi vurulub. Halbuki Xruşşov bu barədə əmr verməyibmiş.
Elə həmin gün başqa bir U-2 kəşfiyyat təyyarəsi SSRİ-nin hava məkanına adlayıbmış və sovetlərin hava hücumundan müdafiə sistemi işə salınıbmış. Kennedinin isə bundan xəbəri yox imiş.
Sonralar Kennedi bu hadisə ilə bağlı belə deyib: “Söz qanmayan kütbeyin əclafı axtarmaqla deyil, həmişə özləri tapılırlar”.
Ukrayna müharibəsi Kuba raket böhranından fərqlənsə də, bənzər yanlışlıqlar, anlaşılmazlıqlar yenə mümkündür. Rusiyanın, yaxud Ukraynanın atdığı mərmilərdən biri təsadüfən atom elektrik stansiyasına düşə, qəzaya səbəb ola, Avropanın bir çox hissəsini zəhərləyə bilər.
Rusiyanın Qərbdən Ukraynaya göndərilən hərbi yardımı əngəlləmək cəhdi NATO ölkələrinə, məsələn, Polşaya toxuna, nəticədə ABŞ avtomatik şəkildə buna cavab vermək məcburiyyətində qala bilər. Yaxud Rusiya Ukrayna ordusunu taktiki nüvə silahı ilə vurmaq qərarına gələ, bu isə ABŞ-la Rusiya arasında nüvə müharibəsinə çevrilə bilər”.
Məqalədə deyilənə görə, Kennedi Sovet İttifaqının Kubada orta mənzilli raketlər yerləşdirdiyindən gec də olsa xəbər tutsa da, bəzi başqa vacib məsələlər barədə tam məlumatsız imiş: “Məsələn, o, Sovet İttifaqının 100-ə yaxın taktiki nüvə raketinin ABŞ-ın Kubadakı Quantanamo hərbi dəniz bazasına və digər Amerika qüvvələrinə hədəfləndiyindən xəbərsiz olub. O vaxt ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi adadakı sovet qoşunlarının sayını lazımınca dəyərləndirə və sovet qoşunlarının nüvə başlıqlarını adada yerləşdirməsi prosesini izləyə bilməmişdi”.
Eyni zamanda məqalədə vurğulanır ki, istər Kennedi, istərsə də Xruşşov böhranın dərinləşəcəyi təqdirdə təkcə öz ölkələrinin deyil, bütün dünyanın hansı təhlükə ilə üzləşəcəyini dərk etməyi bacarıblar: “Məhz buna görə də onlar bir-birilərini nə qədər açıq şəkildə mühakimə etsələr də, öz aralarında məxfi əlaqə qurmağa çalışıblar. Nəticədə prezident Kennedinin qardaşı, baş prokuror Robert Kennedi ilə Sovet İttifaqının Vaşinqtondakı səfiri Anatoli Dobrınin arasında gizli görüşlər keçirilib. Sonda qarşılıqlı güzəştə nail olunub: Xruşşov Sovet İttifaqının nüvə qüvvələrini Kubadan, Kennedi isə ABŞ-a məxsus orta mənzilli raketləri Türkiyədən çıxarıb. Bu razılaşma on illər ərzində məxfi saxlanıb”.
Maykl Dobbs xatırladır ki, Kennedi də, Xruşşov da İkinci Dünya müharibəsinin dəhşətlərini yaşamış siyasətçilər idi: “Xruşşov anlayırdı ki, nüvə müharibəsi adi savaşdan dəfələrlə dağıdıcı olacaq. Kremlin arxivləri göstərir ki, bütün döyüşkən pafosuna, ritorikasına baxmayaraq, öz nüvə avantürasının iflasa uğradığını biləndən sonra Xruşşov münaqişəni sülh yolu ilə həll etməyə tam qərarlı olub. Putin isə əksinə, hər kritik məqamda “stavka”nı qaldırmağa çalışır. Gərginliyi artırmaq onun ən çox üstünlük verdiyi taktikaya çevrilib.
Bütün bunlar kommunikasiya imkanlarının gücləndiyi, informasiya texnologiyalarının müharibə və diplomatiyanın tempini sürətləndirdiyi bir zamanda baş verir. Kennedi ilə Xruşşov kommunikasiya sahəsində bəzi texnoloji problemlərlə üzləşirdilər. İndi o problemlər yoxdur, əvəzində başqa problemlər yaranıb.
Daha Vaşinqtondan Moskvaya şifrəli teleqram göndərilməsi 12 saat vaxt aparmır. O biri yandan indi döyüş meydanından gələn informasiyalar çox sürətlə yayıldığına görə siyasi liderləri də tələsik qərarlar qəbul etməyə məcbur edir.
1962-ci ilin oktyabrında ABŞ Sovet İttifaqının Kubada nüvə başlıqlı raketlər yerləşdirdiyini üzə çıxaranda Kennedi buna verəcəyi cavabı altı gün götür-qoy etmişdi. İndi ABŞ prezidenti öz qərarını belə bir arxayınlıqla götür-qoy etmək imkanında deyil.
Biz hələ Kuba raket böhranında olduğu qədər nüvə müharibəsi hazırlığına başlamamışıq. Putin nüvə gücünü yüksək hazırlıq vəziyyətinə gətirməkdən danışsa da, bu istiqamətdə lazımi addımların atıldığından xəbər verən dəlil-sübutlar gözə dəymir.
Kuba raket böhranının təhlükəli mərhələsi cəmi 13 gün sürdü. Ukrayna müharibəsinin isə səkkizinci ayıdır və prosesin sonu hələ görünmür. Proses uzandıqca hansısa dəhşətli yanlış qərarın verilməsi təhlükəsi də artır”.
Xəbərin oxunma sayı : 595
Analiz
Xəbərlər
-
“Sevdiyim kişi dünyasını dəyişdi” - Xumar Qədimova
-
Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılacaq - Özü açıqladı
-
Ulu öndərin nadir geyimlərinin sərgiləndiyi muzeydən VİDEOREPORTAJ
-
Azərbaycanda itkin düşənlər: evdən çıxıb geri qayıtmayanların sayı
-
Bakıda daha bir bina sökülür - VİDEO
-
Yer kürəsində güclü maqnit qasırğası başlayıb - Xəbərdarlıq
-
Ukraynada sülhə gedən yol yalnız döyüş meydanından keçir - Finlandiya Prezidenti
-
Bakıda idman zallarında qiymətlər necədir? - SİYAHI + VİDEO
-
İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində - FOTOLAR
-
Abituriyentlərin nəzərinə: Nəticələr elan olundu
-
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Mehdiyevin bankı ən problemli banklar sırasında - Rüstəmovun bankı isə...
-
Prezident və xanımı Şuşada Mamayı məscidinin açılışında iştirak ediblər - FOTOLAR
-
Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər - SİYAHI
-
Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA
-
“Qafqazda aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır” - Prezident
-
Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO
-
Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
-
DTX kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
-
“Gəlir gəlsin, gəlmir, heç lazım da deyil” - Prezidentdən xəbərdarlıq
-
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
-
“Delimitasiya və demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir“ - Dövlət başçısı
-
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - FOTO
-
Prezident və birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə görüşüb - FOTOLAR
-
MSK sədrindən növbəti seçki açıqlaması – “Bu tarixdən arxaya çəkilə bilməz”
-
Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - FOTOLAR
-
Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı – 13 ilin statistikası
-
Sabiq rektora ağır cəza verildi - Prorektoru qətlə yetirənlərə hökm oxundu + FOTO
-
Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı
-
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - FOTOLAR
-
İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - FOTOLAR
-
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
-
Prezident və xanımı Şuşada Mamayı məscidinin açılışında iştirak ediblər
-
“Milli Məclisin yeni tərkibində ciddi dəyişiklik olacaq“ - Qulamhüseyn Əlibəyli
-
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - FOTOLAR
-
Prezident Füzulidə açılışlarda iştirak edib – FOTOLAR
-
Ceyhun Bayramov və Ararat Mirzoyan görüşü başlayıb - Almatıda
-
“Türkiyənin yeni konstitusiyaya ehtiyacı var“ - Ərdoğan
-
“Ailə sirlərini açıqlayan məlumatlar yayılıb” - Rəsmi xəbərdarlıq
-
“Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır
-
Ukrayna torpağın altında zavodlar şəbəkəsi yaradıb - “El Mundo”
-
Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza
-
Meteohəssas insanların nəzərinə: İki gün maqnit qasırğası olacaq
-
Üç ayda 138 milyard dollarlıq çip satılıb: Kim daha çox alıb?
-
Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!
-
Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ
-
“TikTok“ Türkiyədə bu səbəbdən bloklana bilər - Yayman hədələdi
-
Qusar meşələrində tikinti: Nazirlik inkar etdi, ekofəallar faktlar göndərdilər...
-
Azərbaycanda güclü zəlzələ olacaq? - Rəsmi cavab
-
Musa Qurbanlının qiyməti açıqlandı -10 milyon?
-
“HƏMAS-ın 24 batalyonundan 20-sini məhv etmişik” - Netanyahu
-
Bakıda bu tarixdə ən güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
-
“Laçın, Füzuli, Zəngilan, Ağdərəyə 1 727 keçmiş məcburi köçkün ailəsi qayıdıb” - PA rəhbəri
-
Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik? - VİDEO
-
Xətai və Binəqədi rayonlarında qaz olmayacaq - Xəbərdarlıq
-
Prezident Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı paylaşım etdi - FOTO
-
Trampın 18 yaşlı oğlu siyasi karyeraya başlayır - FOTO
-
ƏDV qəbzləri ölüm saçır: Mütəxəssisdən xəbərdarlıq (VİDEO)
-
Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
-
“50-55 yaşı var efirə çıxıb ərə getməkdən danışır“ - VİDEO
-
Messinin ilk müqavilə vərəqi hərraca çıxarıldı - İnanılmaz məbləğ
-
Həzi Aslanovun müəmmalı həyatı: Fəhləlikdən “general” rütbəsinə necə ucaldı? - VİDEO
-
Piştaxtadakı toyuqlar niyə fərqli qiymətə satılır? - VİDEO
-
Xətai rayonunda evlər plana düşdü: Sakinlər etiraz edirlər - VİDEO
-
“Keşlə” bazarının satıcıları: “20 ildir burada çalışırıq, bizə xəbərdarlıq olunmayıb” - VİDEO
-
Bu universitet 137 vəzifəyə işçi axtarır - SİYAHI
-
Spirtli içki qəbul edib evini yandırdı - FOTO
-
Azərbaycan-Bolqarıstan münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir
-
Hansı dövrdə mənzil qiymətləri daha çox bahalaşır? - AÇIQLAMA
-
İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - AÇIQLAMA
-
Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR (VİDEO)
-
8 Noyabr prospektində nə baş verir? - Təmir işləri təhlükəli vəziyyət yaratdı + VİDEO
-
Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO
-
Səkiləri zəbt edən pilləkənlər: Məsələ həllini necə tapacaq? - VİDEO
-
Kirayə evlərlə bağlı vacib məlumat - Ev sahibləri... (VİDEO)
-
“Tezliklə ABŞ-da amerikalı qalmayacaq“ - İlon Mask
-
İki ölkə arasında əməkdaşlıq əlaqələri bütün sahələr üzrə yüksəlir
-
Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO
-
Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən “kupça“ veriləcək
-
Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA
-
Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL
-
Ərdoğan Rusiya və Ukraynaya ÇAĞIRIŞ ETDİ
-
Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO
-
Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi - VİDEO
-
Moskvada Qələbə Paradı keçirildi – Fotolar
-
“Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə QƏRAR VERİLDİ
-
Keşlə bazarı sökülür? - Rəsmi açıqlama
-
“NATO Ukraynaya qoşun yeritmək fikrində deyil“ - Stoltenberq
-
Serbiyada Çin liderini təmtəraqla qarşıladılar - Brüssel narahatdır
-
Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaşdır
-
“Qəbələ”nin yeniyetmə futbolçuları Gəncədə döyüldülər: Saxlanılanlar var
-
Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
-
“Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar” - Peskov
-
Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi (FOTO)
-
Naxçıvanda qaya uçqunu olub - FOTOLAR
-
Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI
-
Lənkəranda əməliyyat keçirilib - 22 kiloqram narkotik aşkar olunub
-
KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb - FOTOLAR
-
Yasamalda icra hakimiyyətinin razılığı ilə zirzəmini mənzil etdilər - VİDEO
-
Azərbaycan və Bolqarıstanı dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət birləşdirir
-
Ölkədə neft hasilatı 6% azalıb – SOCAR
-
“ABŞ İraqın nüvə silahına malik olduğuna inanmaqla səhv edib” - Bayden
-
Bu şəxsin yerini deyən adama 2000 manat mükafat veriləcək - VİDEO
-
DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO
-
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon “atıb“lar
-
Nazirlik Əli Həsənova bağlı şirkətlə 115 min manatlıq müqavilə imzaladı – Müəmmalı tender
-
Bu dondurmalar zəhərləyir - Necə ayırd etmək olar?
-
Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir - VİDEO
-
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
-
Deputat oğlunun Londondakı şirkəti aktivlərini artırıb - 6 milyona çatıb
-
İranda qadın alveri və intim xidmətlər barədə şok faktlar - VİDEO
-
Aliment problemindən çıxış yolu - fond niyə yaradılmır?
-
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTOLAR
TOP 10
ARXİV