| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Hər rayonu bir oliqarxa tapşırmaq lazımdır” - “Adamın bir evi, bir avtomobili, bir bağı olar da...”
Tarix 15.03.21, 12:51 |
|
Uzun illər kölgə iqtisadiyyatı, korrupsiya, tutduqları vəzifələrin səlahiyyətlərindən qanunsuz istifadə etməklə zənginləşib böyük imkanlar əldə edən keçmiş məmurların, nazirlərin əməllərinə görə cavab verəcəyi zaman da olmalıdır. Son dövrlər bəzi sabiqlərin həbs edilməsi, bir sıra şəxslərin istintaqa çağırılması haqda xəbərlərin yayılması belə inam yaradır ki, dövlət büdcəsini, xalqın pulunu dağıdanlar, nəhayət, qanun qarşısında cavab verməyə başlayırlar. Eyni zamanda gənc və təmiz reputasiyalı kadrların irəli çəkilməsi ümidləri gücləndirir. Bu addımların nə dərəcədə effektiv olacağı isə, sözsüz ki, nəticədən asılı olacaq.
"AzPolitika.info" mövzu ətrafında Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədovla söhbətləşib.
Onunla müsahibəni təqdim edirik:
- Vahid müəllim, bir deputat, hakimiyyətin nəzarət qolunun nümayəndəsi kimi ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində hakimiyyətin atdığı addımları, gördüyü işləri qənaətbəxş sayırsınızmı?
- Mən korrupsiya və onun verdiyi ziyanla bağlı fikirlərimi daima bildirmişəm. Dövləti laxladan məsələlərdən biri də korrupsiya faktlarıdır. Bununla əlaqadar dövlət başçısı, cənab İlham Əliyev müəyyən addımlar atır, kadr islahatları aparır, gənclərə böyük etimad göstərir, oliqarxları vəzifədən kənarlaşdırır. Mən istəyirəm ki, bu istiqamətdə aparılan işlərin sürəti aşağı düşməsin.
Bu yaxınlarda dövlət başçısı çıxışında bir neçə nəfərin adını çəkdi. Hesab edirəm ki, bu proses sürətlənməlidir. Eləcə də hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olmalıdır. Əgər biz Azərbaycanı gözəl dövlətə çevirmək, demokratik əsasları bərkitmək istəyiriksə, korrupsiyaya qarşı mübarizə canlanmalıdır. Atılan addımlar hətta kifayət etməsə belə, davam etdirilməlidir. Ümid edirəm ki, belə də olacaq.
- İndi bizim müşahidə etdiyimiz odur ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində sabiq məmurlar həbs edilir. Sizcə, korrupsiyaya qarşı mübarizə hansı fomada getməlidir ki, nəticəsi olsun?
- Əslində, mən belə şəxslərin içəri qoyulmasının tərəfdarı deyiləm. Onun korrupsiya yolu ilə əldə etdikləri özündə qalır və özü də bir neçə ildən sonra həbsdən çıxır və beləcə topladıqlarını əlində saxlamaqda davam edir. Məncə, korrupsionerlərin əlində və xaricdə olan vəsaitini əldə etmək lazımdır. Mən məsələ qaldırdım, dedim ki, gəlin maliyyə amnistiyası haqqında düşünək, buna gedək. Yəni maliyyə amnistiyası haqqında qanun qəbul edilsin. Bu insanlar da qorxmasınlar, oğurluq və ya doğurluqla əldə etdikləri vəsaiti gətirib Azərbaycana qoysunlar. Yəni qorxmasınlar. Çünki Azərbaycan qətiyyətli müharibə apararaq işğal olunan ərazilərini azad edib. İndi bu ərazilərin bərpası üçün bizə kifayət qədər maliyyə lazımdır. Hər oliqarxa bir rayonu tapşırmaq olar. O mənadakı vəsaitini gətirib rayonda tikinti, infrastruktur işləri aparsın, kommunikasiya xətlərini həyata keçirsin. Bu baxımdan maliyyə amnistiyasının verilməsinin tərəfdarıyam.
Amma aydındır ki, korrupsiya ilə mübarizə aparmağın yolları müxtəlifdir. Təxminən oliqarxların kimlər olduğu, nə qədər vəsait mənimsəyə bildikləri aşağı-yuxarı bəllidir. Həmin vəsaiti yavaş-yavaş onlardan geri götürmək, dövlət büdcəsinə köçürmək lazımdır. Sözsüz ki, dövlət büdcəsindən bu maliyyə işğaldan azad olunan rayonlara, qazilərimizə və digər sosial sahələrə istifadə edilməlidir. Amma həbs etdikdən sonra bu insanlar oğurladıqları vəsaiti vermirlər, etiraz edirlər. Ümumən korrupsiyaya qarşı ictimai nəzarət də olmalıdır.
- Varmı?
- Bizdə ictimai nəzarət aşağı səviyyədədir. Vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatı ilə bağlı məsələ öz müsbət həllini tapmayıb. Hesab edirəm ki, qeyri-hökumət təşkilatları kifayət qədər fəaliyyət göstəriblər, ictimai fəaliyyətlə məşğul olublar. Yəni bu qurumlar Azərbaycanda kifayət qədərdir. Cənab Prezident də qeyd edib ki, ictimai nəzarəti gücləndirmək vacibdir. Ola bilsin ki, hansısa qanunlarda dəyişikliyə ehtiyac var. Hər halda düşünürəm ki, bu məsələdə ictimai nəzarət əsas prinsiplərdən biridir. Həmçinin rüşvət alan qədər onu verən də məsuliyyət daşıyır. Ona görə də, elə etməliyik ki, insanlarımızın çoxu bu yola getməsinlər. Düzdür, bir çox hallarda buna məcbur olurlar.
Digər bir məqam kimi deyərdim ki, məhkəmə sistemində islahatlara böyük ehtiyac var. Məhkəmə sistemi azad və sərbəst olsa, bir sıra məsələlər həllini tapar. Çox təəssüflər olsun ki, göstərişlər verilsə də, ciddi islahatlar getmədi. Hər halda mən bunu görmürəm və o islahatlar da getmir.
- Yəni hesab edirsiniz ki, bu mübarizə ictimai nəzarət və azad məhkəmə institutu olmadan effektiv olmayacaq?
- Məhkəmə sistemi azad olmalı, sərbəst qərarlar qəbul etməlidir. İkinci tərəfdən də ictimai nəzarəti gücləndirmək lazımdır. Məncə, bu çox böyük əhəmiyyət kəsb edir.
- Belə fikirlər irəli sürülür ki, dünyanın istənilən ölkəsində korrupsiya mövcuddur. Bu baxımdan korrupsiyanın kökünü kəsməyə cəhd mənasızdır...
- Əlbəttə, korrupsiya halları bütün dövlətlərdə var. Amma bir var sən bilirsən ki, filankəs korrupsiya edir, amma göz yumursan. Bir də var adam vəzifəsindədir və bundan yararlanaraq gizli şəkildə oğurlayır. Sonra ya həbs edilir, ya da oğurladıqlarını qaytarmaq məcburiyyətində qalır. Mən hesab edirəm ki, Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün imkanlar var. Bunun üçün şəffaflığı təmin etmək lazımdır. Dövlət büdcəsindən xərcləmələrə nəzarət olmalıdır. Habelə, bir sıra orqanlar yoxlamaları daha ciddi şəkildə aparmalıdır. Məhkəmə institutu sərbəst qərarlar qəbul etmək üçün özü də sərbəst olmalıdır. Bütün bunlar korrupsiyaya qarşı mübarizədə rol oynaya bilər.
- Təcrübəli insan kimi, Azərbaycanda məmurların biznesə sərbəst yol tapa bilməsinin səbəbini nədə görürsünüz?
- Qanun məmur və deputatların bizneslə məşğul olmasını qadağan edir. Amma bizdə müstəqillik elan olunduqdan bir-iki il sonra bütün məmurlar bizneslə məşğul olmağa başladılar. Bizneslə məşğulsansa, bu işin arxasınca getməlisən. Yox, əgər buna getmirsənsə, tutduğun siyasi vəzifəyə, dövlət işinə uyğun fəaliyyət göstərməlisən. Yəni biznes və məmurluq ayrı-ayrı fəaliyyət növləridir. Təəssüflər olsun ki, bizdə buna əməl olunmur. Məmur imkan tapan kimi biznesə maraq göstərir. Əlbəttə, bu olmamalıdır. Qeyd edim ki, biz "Rəqabət Məcəlləsi" adlı qanun hazırlamışdıq. Bu, hətta dövlət başçımız tərəfindən Strateji Yol Xəritəsinə də salınmışdı. Ümid edirik ki, bu il həmin qanun layihəsi, nəhayət, qəbul olunacaq. Qarşıdan hökumətin hesabatı gəlir. Yəqin ki, Milli Məclisdə çıxışım zamanı bu məsələyə də toxunacağam. Hesab edirəm ki, indi bazarda qiymətlərin bu şəkildə olmasının bir səbəbi də Rəqabət Məcəlləsinin qəbul edilməməsidir. Çünki məcəllə qəbul edilmədiyi halda bazarda azad və ədalətli rəqabət olmur, inhisarçılıq baş alıb gedir. Əslində bu ciddi məsələdir və qanun mütləq qəbul edilməlidir. Bundan başqa, məmurların gəlir deklarasiyasına dair qanun var. Dövlət başçısı Nazirlər Kabinetinə göstəriş verib ki, deklarasiyanın formasını hazırlasın. Təəssüflər olsun ki, bu qanunun tətbiqinə dair də problem var. Biz Milli Məclisdə bu məsələnin üzərinə çox gedirik, qaldırırıq. Təəssüflər olsun ki, buna o qədər də diqqət yetirilmir.
- Vahid müəllim, son dövrlər Əmək və Əhalinin sosial müdafiə naziri olmuş Səlim Müslümov saxlanıldı, eləcə də Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər və Təhsil nazirləri həbs edildi, başqa keçmiş məmurlarla bağlı addımlar atıldığı da qeyd edilir. Sizcə, digər korrupsionerlər bundan nəticə çıxararaq qanunsuz əməllərinə son verəcəkmi?
- Mən düşünürdüm ki, 44 günlük müharibə ilə ərazilərini işğaldan azad edən Azərbaycanda insanlar daha dəyişəcək. Başqa sözlə, daha rüşvət və korrupsiya hallarına yol verməzlər. Millət 44 gün içərisində bir nəfər kimi cənab Prezidentin arxasında dayandı, siyasi partiyaların hamısı hökuməti dəstəklədi. Müharibə qurtardıqdan az sonra mən baxdım, gördüm yenə hərə öz ampluasındadır. Əslində burada insani məqam da var. Bir insanın bir evi, bir avtomobili və bir bağı olar. Mən bəzən saytların və blogerlərin verdiyi məlumatları oxuyuram. Özlərinə nə qədər evlər, imarətlər tikiblər, xaricdə nə qədər mülklər, obyektlər, mənzillər alırlar. Nəyə görə? Heç olmasa bunu xaricdən alınca, gəl Azərbaycanda tik ki, insanlar gəlib orada işləsin... Yəni bunları başa düşmək mümkün deyil. On görə də bu istiqamətdə sərt siyasətin aparılmasına ehityac var. Dövlət başçısı gənc kadrları təyin edib. Məsələn, Mikayıl Cabbarov, Sahil Babayev, Abdullayev və digərləri. Əslində bir zamanlar insanların ən çox şikayət etdiyi sahə Vergilər Nazirliyi və ya bu sistem idi. Amma bu gün mən sahibkarlarla görüşürəm, müzakirələr aparırıq, bir sahibkarın şikayəti yoxdur. Vergidəki problemlər aradan qaldırıldı. Kim qaldırdı? Mikayıl Cabbarov nazir olduqdan sonra böyük dəyişikliklər etdi. Ona görə də, hazırda vergi sahəsində problem yoxdur. Deməli, bunu istənilən sahədə etmək olar və mümkündür. Başqa sözlə, kadrlardan da çox şey asılıdır.
- Razılaşın ki, irəli çəkilən gənc kardların sələflərinin yolu ilə getməyəcəyinə inam da azdır...
- Mən inanmıram ki, ona getsinlər. Çünki irəli çəkilən hər bir gənc kadr həm də karyerasını fikirləşir. Onlar belə yolla getsələr bir-iki ilə bu özünü büruzə verəcək. Belə işləri gizlin saxlamaq da mümkün deyil. Mən İqtisadiyyat Nazirliyinin strukturuna baxıram, onlar çalışırlar ki, təmiz işləsinlər. Çünki perspektivərini düşünürlər. Həmçinin cənab Prezident son zamanlar müşahidə şuraları yaradır. Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçilik İdarəsi və digər qurumları müşahidə şuralarına verdi. Məqsəd korrupsiya və rüşvətxorluğun qarşısını almaq, əgər problemlər varsa, onları aradan qaldırmaqdır.
- Vahid müəllim, müşahidələr göstərir ki, son günlər ərzaq məhsullarının, əksər malların qiymətində ciddi artım var. Sizcə, qiymətlərin artması üçün təbii səbəblər mövcuddur, yoxsa bu da süni prosesdir və nəticədə əziyyət çəkən xalq olur?
- Bir daha təkrar edim ki, Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Elə etmək lazımdır ki, bazarda azad rəqabət mühiti olsun, heç kəsə fərqli şərait yaradılmasın.
İkincisi, bizdə dizelin qiyməti 30 faiz, benzinin qiyməti 10 faiz, suyun qiyməti iki dəfə artıb. Amma bazarda qiymətlərə baxanda görürük ki, qiymətlər azı iki dəfə artıb. Nəyə görə? Qiymət ən pis halda 30 faiz qalxa bilər. Bəli, elə məhsullar var ki, biz onu istehsal etmirik, xaricdən gətiririk. Onların niyə qiyməti artmalıdır? Axı, onların maya dəyərinə nə dizelin, nə neftin, nə də suyun təsiri ola bilər. İqtisadiyyat Nazirliyinin Anti-İnhisar İdarəsi bununla bağlı bəzi işlər görür. Bildiyim qədər bir neçə təşkilatı cərimə ediblər. Amma sahibkarlar da düşünməlidir ki, əhalinin bunu almaq imkanı olsun. İmkan olmayanda, sənin də gəlirin, dövriyyən aşağı olacaq. Bu mənada qiymətlər subyektiv deyil, obyektiv olmalıdır. İndiki dövr üçün ən önəmli məsələ budur.
- Son zamanlar ictimai nəqliyyatın, elektrik enerjisinin və qazın qiymətinin artırılacağına dair fikirlər dolaşır. Bu istiqamətlərdə qiymət artımı gözləniləndirmi?
- Mən, hələlik bu istiqamətlərdə qiymət artımını gözləmirəm. Hesab edirəm buna ehtiyac yoxdur. Mümkündür ki, bu məsələ yay mövsümündə gündəmə gələ bilər. Ancaq indilikdə bu barədə deyilənləri əsaslı hesab etmək olmaz.
Xəbərin oxunma sayı : 502
Müsahibə
Xəbərlər
-
Bu şəxslər üçün ilk gediş 1 qəpikdir - Bakı metrosu və avtobuslarda
-
“Stop” niyə “Toxta” olsun? - Hikmət Babaoğlu etiraz edənlərə cavab verdi
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
-
İradə İbrahimovanın görünüşü müzakirə yaratdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək
-
Vəzifəli şəxslər həbs edildilər - Rüşvət almaqda təqsirləndirilirlər
-
Ötən il 709 min, bu il isə 868 min manat - Şəkidə Qurcana çayına “axıdılan“ vəsaitlər
-
Azərbaycan nərə kürüsünü hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Moskva TDT-yə qoşulmaq istəyir: “Ölkəmizdə çoxlu türk xalqları yaşayır“
-
Bakıda ikitəkərli “qatillər” gəzir - yeni TƏHLÜKƏ
-
Vətəndaşlara təcili xəbərdarlıq edildi: Ən azı 72 saatlıq ərzaq ehtiyatı yığın
-
PUA-larla ölkəyə narkotik keçirmək istədilər – Fotolar
-
Avropalılar narahatdırlar: Tramp NATO-dan qisas ala bilər
-
Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara bu qədər məbləğ veriləcək
-
İstilik mövsümünə daha tez başlanılan rayonların sayı artırıldı - SİYAHI
-
“Neft zavodlarına zərbələri bu halda dayandırarıq” - Zelenski Trampa şərt qoydu
-
“Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil“ - VİDEO
-
Pensiya, iş və hərbi xidmətdən möhlət vəd edib 82 min manat alan qadına hökm oxundu - VİDEO
-
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
-
Sürücülərin diqqətinə: Cəriməni belə ləğv etdirə bilərsiniz
-
ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil? - AÇIQLAMA
-
İşini itirənlərin kreditləri bağlana bilər - Yeni qaydalar hazırlanıb
-
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
-
Deputatın təklifi mübahisə yaratdı - ETİRAZ ETDİLƏR
-
Vəzifəli şəxslərin məhkəməsi başlayır - 200 min manatlıq rüşvət işi
-
“Meduza“dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
-
Azərbaycana Vyetnamdan 516 ton naqqa balığı gətirilib - Kilosu 2,6 manata
-
Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib - DSX
-
Yağ qiymətlərində kəskin bahalaşma - İstehsal azalır, idxal artır
-
Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir - Uşakov
-
Ağırtonnajlı avtomobillər kənd yollarını yararsız vəziyyətə saldı - VİDEO
-
Hansı göbələyi alaq ki, zəhərlənməyək? - VİDEO
-
Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət aldı
-
ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır - Tramp
-
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
-
Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
-
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir?
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
TOP 10
ARXİV






