Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əhəd Abıyev Əli İnsanovu döyməyindən danışdı: “Yumruq vurdum, ağzıüstə yerə yıxıldı...“ (VİDEO)

Tarix 10.07.21, 1:25

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 8-də Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi, əsgər Bağırov Elnur Sahib oğlunun adına inşa edilən ehsan bulağının açılışı baş tutub. PİA.az xəbər açılış zamanı icra başçısı Əhəd Abıyev sabiq səhiyyə naziri Əli İnsanovu tənqid edərək, onu necə döyməsindən danışıb:

"Deputat olduğum illərdə Heydər Əliyev adına Respublika Sarayı qarşısında keçirilən tədbirdə müxtəlif rayonlardan olan şəxslər Əli İnsanova yaxınlaşaraq bəzi xahişlər edirdilər. Ə.İnsanov da həmin insanları təhqir edirdi. Bu vaxt bir neçə nazir də orada idi. Mən ona iradımı bildirdim və dedim ki, niyə vətəndaşı təhqir edirsən. Onun kobud cavabından sonra özümü saxlaya bilmədim. İdmançı, boksçu olmağımdan istifadə edib, ona möhkəm yumruq vurdum. Əli İnsanov həmin yumruğun təsirindən ağzı üstə yerə yıxıldı. Bunu bütün mətbuat da, bir çox şəxslər də bilir. Həmin hadisədən bir müddət sonra onu həbs etdilər. Arvadı faşist "nemka" olduğu təqdirdə, Ə.İnsanov hansı dövlətçilikdən danışa bilər?!". 

Ə.Abıyev qeyd edib ki, bir neçə gün öncə özünü şəhid ailəsi kimi təqdim edərək, onun adamları tərəfindən döyüldüyünü iddia edən Sevda Şıxıyeva Əli İnsanovun adamıdır:

"Onlar Əli İnsanovun partiyası ətrafında toplaşaraq Daşkəsəndə müxalifət partiyası yaratmaq istəyirdilər. Mən bunların qarşısını almışam. O şəxslər Ə.İnsanovla birlikdə şəhid ailələrinin adından istifadə edərək yalan, böhtan yayırlar".

Xatırladaq ki, bu günlərdə Əhəd Abıyevin şəhid anasını döyməsi haqda sosial şəbəkələrdə məlumatlar yayılmışdı... (unikal.org)




Xəbərin oxunma sayı : 1828




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap