Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi vaxtı tarixi çıxışı - VİDEO

Tarix 13.10.21, 9:03

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində qəhrəmanlıqları ilə dastan yazan Xüsusi Təyinatlı Qüvvələrin  komandanı, general-leytenant Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi illərinə təsadüf edən videosu yayılıb.

"Qafqazinfo”nun əldə etdiyi görüntülərdə Hikmət Mirzəyev xüsusi təyinatlı taborun komandiri kimi şəxsi heyət qarşısında çıxış edir. 

O, döyüşə gedəcək xüsusi təyinatlı taborun qarşısında bu sözləri deyir:
 
"Ürəklər yanır. Biz bu günləri taborun adından bir daha söz verməliyik. Azərbaycan milləti qarşısında, torpaqlarımızın, şəhid olan qardaşlarımızın, namusuna toxunulan ana-bacılarımızın qarşısında söz verməliyik. Torpaqlarımızın azadlığı uğrunda söz verməliyik. Burada duranlar hamısı ürəkli kişilərdir. Əsgər demirəm, kişilərdir. Getməmişdəm əvvəl and mərasimi olacaq. Biz bir daha Azərbaycanımızı, millətimizi qorumağa and içəcəyik. Mən inanıram ki, bizim batalyon son sözünü orada deyəcək”.
 


Qeyd edək ki, komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Biləsuvar rayonunda doğulub. "Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı - ötən il oktyabr 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.






Xəbərin oxunma sayı : 607




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap