| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Bakı Hərbi Məhkəməsi “mahmudovçu“ların əyləncə mərkəzinə çevrilib – deyib, gülüb azadlıqda gəzirlər
Tarix 24.11.21, 10:00 |
|
Zərərçəkən: “Əlimi pula vurub Vüsalın üzünə baxdım - gözləri parıldayırdı; imkanı olsaydı, sevincindən çırtma çalıb oynayardıâ€
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manatı, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər.
Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.
Məhkəmə də ibtidai istintaq dövründə barələrində verilən qərarı dəyişməyib.
Odur ki, təqsirləndirilənlər məhkəmə binası qarşısında zərərçəkənlərə, mətbuat nümayəndələrinə təzyiq göstərməkdən çəkinmirlər. Proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.
Ötən prosesdə zərərçəkənlərdən Hüseyn Səfərov vəsatətlə çıxış edərək təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərovun həbsini tələb etmişdi. Hüseyn Səfərov vəsatətini belə əsaslndırmışdı ki, məhkəmə binası önündə Vüsal Ələkbərov ona təzyiq göstərir, hədə-qorxu gəlir. Ondan ifadələrindən imtina etməyi və ərizəsini geri götürməyi tələb edir.
“Məni hədələyir. Ərizəmi geri götürməyəcəyim halda mənim üçün pis olacağını deyir. Deyir ki, mən bəraət alacağam, səni həbs edəcəyəm. Xahiş edirəm ki, barəsində həbs qəti imkan tədbiri seçilsin, bizə qarşı zorakılığın, təzyiqlərinin qarşısı alınsın†– deyə zərərçəkən vəsatətində bildirmişdi.
Bundan sonra prokuror məsləhətləşmək üçün prosesdə fasilə elan edilməsini istəmişdi. Məhkəmə prokurorun istəyini nəzərə almışdı.
Noyabrın 23-də keçirilən proses əvvəlki proseslərdən təqsirləndirilən şəxslərin – Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədovun əhvallarının yüksək səviyyədə olması ilə fərqlənib.
Zərərçəkənlər məhkəmə zalında təqsirləndirilən şəxslərin aralarında danışıb gülmələrinin səbəbini anlamayıblar. Hətta hakim Elbəy Allahverdiyev zala daxil olarkən belə hər 3 şəxs gülərək ona əhəmiyyət belə verməyiblər. Hakimin “özünüzü yığışdırın†nidasından sonra bayaqdan gülüb danışan Vüsal Ələkbərovun həbsi ilə bağlı vəsatət müzakirəyə çıxırılıb. Hakim vəsatətə münasibət bildirmək üçün sözü prokurora verib. Prokuror isə vəsatətin qiymətləndirilməsinini məhkəmənin mülahizəsinə buraxıb. Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıtdıqdan sonra vəsatət heç bir səbəb göstərilmədən, əsaslandırma olmadan, izah verilmədən rədd edilib. Vəsatət rədd ediləndən sonra təqsirləndirilən şəxslər yenidən gülməyə başlayıblar.
Bundan sonra zərərçəkən Hüseyn Səfərov sərbəst ifadəsini davam etdirdi:
![]()
- Ötən prosesdə də demişdim, bu quldurlar məni girov götürəndə “Kapital Bankâ€ASC-nin “Tərəqqi†filialının müdiri vəzifəsində işləyirdim. 2008-ci ilin oktyabr ayının əvvəlində məni tutdular. 67 gün məni MTN-də saxladılar. Ailəmdən 3 milyon dollar pul tələb edirdilər. Mənə də cinayətimin nə olduğunu da demirdilər. Deyirdilər ki, 3 milyon dolları ver, buradan çıx. Verməsən, burada qalacaqsan. Məni “Meşə qardaşları†adlanan qrupun üzvləri ilə bir kameraya salmışdılar. Hədələyirdilər ki, həmin adamları ömürlük cəzaya məhkum edəcəklər. Onlardan ötrü səni öldürmək də heç nədir. Yəni səni öldürsələr belə cəzaları dəyişməyəcək, onsuz da ömürlük alacaqlar. Məni 67 gün ərzində dəfələrlə Mövlam Şıxəliyevin xidməti otağına aparıb mənəvi təzyiq göstərirdilər. Mövlam Şıxəliyev deyirdi ki, pulu verməsən, ömürlük olaraq həbsdə qalacasan, səninlə yanaşı oğlunu da həbs edəcəyik. Ailəm bunların tələb etdikləri pulu toplaya bilmirdi. 60 günə 1 milyon 650 min dollar yığıb bu quldurlara verdilər. Həmin gün mən Vüsal Ələkbərovun kabinetində idim. Oğlum pulu gətirib MTN-in arxa qapısında Vüsala vermişdi.
Möhtərəm hakim, bunlar o dərəcədə harınlamışdılar ki, Vüsal Ələkbərov oğluma zəng edib açıq şəkildə “pulu gətirmisən?â€, deyə, açıq soruşmaqdan belə çəkinmirdi.

Pulu MTN-in binası yanında oğlumdan alıb kabinetinə gətirdi. Qara “Nike†markalı çanta idi. Ondan xahiş etdim ki, aç pula baxım. Açdı, əlimi pula vurub Vüsalın üzünə baxdım. Gözləri parıldayırdı. İmkanı olsaydı, sevincindən çırtma çalıb oynayardı. Telefonu götürüb Mövlam Şıxəliyevə zəng elədi. Sevincək şəkildə “Mövlam müəllim, pul gəldiâ€, dedi. O da dedi ki, pulu gətir kabinetimə gəl. Vüsal çantanı götürüb sevinə-sevinə getdi. Az sonra qayıdıb gəldi, dedi ki, səni bir neçə günə buraxacağıq. Belə də oldu. Dekabrın 19-da Mövlam Şıxəliyev məni kabinetinə çağırdı. Dedi ki, səni bu gün buraxırıq, amma yerdə qalan 350 min dolları da qısa zamanda verməlisən. Verməsən, səni də, oğlunu da həbs edəcəyik.

Mən azadlığa çıxandan sonra pulu toplaya bilmirdim. 2009-cu ilin əvvəlində Vüsal Ələkbərovun yanına getdim. Ona dedim ki, 350 mini düzəldə bilmirəm. Dedi ki, get, evini sat, pulu gətir. Ona dedim ki, mənim bircə evim var, həmin evin də üzərinə həbs qoymusuz. Məktub verdi, gedib evi həbsdən çıxardım və satdım. Qaldırın, işin içində bunun məktubu da var, evi həmin məktubdan sonra satdım. Buna dair arayış da işdə var. 350 min dolları da gətirib MTN-in binasının arxa tərəfində oğlumun iştirakı ilə şəxsən Vüsal Ələkbərova verdim.
Bu adamların gözləri doymurdu. 2009-cu ilin may ayında Vüsal Ələkbərov mənə zəng elədi, dedi ki, Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir. Mənə 2 “Vertu†telefon aldırdı. MTN-nin inzibati binasında, Vüsal Ələkbərovun xidməti otağında hər birinin dəyəri 6 min 500 manat olmaqla 2 “Vertu†telefonu ona verdim. Bir neçə ay sonra Vüsal Ələkbərov yenə də mənə zəng elədi, dedi ki, Mövlam müəllimin ad günüdür, ona bahalı hədiyyə gətir. Dəyəri 21 min dollar olan qızıl saatı aparıb Mövlam Şıxəliyevə kabinetində verdim. Yenə əl çəkmədilər.
Vüsal Ələkbərov zəng eləyib məndən ov silahı istədi. 2009-cu ilin yayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 164 saylı evin yaxınlığında Qələbə dairəsi adlanan ərazidə 800 manat dəyərində 856204 saylı “Churchill†markalı 12 mm kalibrli ov tüfəngini ona verdim. Həmin silahı mənim yanımda qardaşına verdi.

Sərbəst ifadəsini bitirəndən sonra hakim proses iştirakçılarına müraciət edərək Hüseyn Səfərova suallarının olub-olmaması ilə maraqlanıb.
Prokuror zərərçəkənə Mövlam Şıxəliyevi nə vaxtdan tanıması, xidməti kabinetində neçə dəfə olması ilə bağlı suallar verib.
Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyevi həbsindən 1 gün sonra görüb və tanıyıb. Bundan sonra Vüsal Ələkbərovun müşayəti ilə dəfələrlə Mövlam Şıxəliyevin xidməti kabinetində olub:
-Hər görüşümüzdə Mövlam Şıxəliyev “pulu nə vaxt çatdırırsız†, “pulu nə vaxt verirsiz†suallarını verirdi. Mən də deyirdim ki, uşaqlarım pulu toplaya bilmirlər, nə vaxt düzəltsələr, gətirib verəcəklər.

Bundan sonra zərərçəkənlərdən Zaur Əliyev Hüseyn Səfərova bir neçə sual verib.
Məlum olub ki, Hüseyn Səfərov həbsdə olduğu günlər ərzində barəsində cinayət işi, cinayət təqibi, istintaq hərəkəti olmadan 67 gün qanunsuz və əsassız olaraq MTN-də saxlanılıb:
-Məni orada girov saxlayırdılar. Bilirdilər ki, məni azad etsəydilər, tələb etdikləri 3 milyon dolları ala bilməyəcəklər.
Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov da Hüseyn Səfərova bir neçə sual verib.
Əvvəllər Vüsal Ələkbərovdan şikayətçi olduğu halda Mövlam Şıxəliyevdən şikayət etməməsinin səbəbi ilə maraqlanıb. Hüseyn Səfərovun cavabı belə olub:
-Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Vüsal Ələkbərov həbs olundu. Mən o zaman ondan rəsmi olaraq şikayət etmişdim. O zaman mən Mövlam Şıxəliyevə zəng vurdum, ondan məndən aldıqları 2 milyon dolları geri tələb etdim. O da dedi ki, məsləhət edəcək, mənimlə əlaqə saxlayacaq. Kiminlə məsləhət edəcəyini demədi. Bu gün Mövlam Şıxəliyev buradadır, məsləhət verəninin kimliyini özündən soruşun. Bir neçə gündən sonra onunla bir də əlaqə saxladım. Lakin telefon zənglərimə cavab vermədi.

Mövlam Şıxəliyev isə zərərçəkənin yalan danışdığını deyib. Hüseyn Səfərov isə cibindəki Quran kitabını çıxararaq Mövlam Şıxəliyevə uzadıb. O da əlini müqəddəs kitaba uzadaraq baş verənlərdən xəbərsiz olduğunu deyib.
Prokuror və hakimlər Hüseyn Səfərovun ailəsinin pulu necə toplamaları, harada və kimə vermələrinə dair bir neçə sual veriblər. Hüseyn Səfərov suallara ətraflı cavab verib. Bundan sonra proses noyabrın 30-na kimi təxirə salınıb. Növbəti prosesdə Hüseyn Səfərovun qanunsuz həbsi epizodu üzrə şahidlərin dindiriləcəyi gözlənilir.(yeni musavat)
Xəbərin oxunma sayı : 1522
Gündəm
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Çempionlar Liqası: “Sabah“ Bakıda “Barselona“ya uduzdu
-
Maskın “Starmind“ planı təsdiqləndi: Orbitə 1 milyon peyk çıxarılır
-
Talıbova yüksək vəzifə verildi - Aparat rəhbəri təyin olundu
-
Varşavadan NATO-ya sensasiyalı təklif: Rusiya raketləri Ukrayna səmasında vurulsun
-
Azərbaycanlı milyarderin qurduğu biznes satılır - 16 milyard dollarlıq
-
Mağazasının qarşısında tullantı yandırdı, 2500 manat cərimələndi - Günahı qonşusunun üstünə atdı
-
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
-
1 milyonluq yeyintinin əmri kimdən gəlib? - “Rəhbərliyin tapşırığını icra edib“
-
Bu yaxınlarda cərimələnən “Vibrostone” böyük məbləğdə borclandı - DETALLAR
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
-
Azərbaycanda “Temu“ya qarşı aparılan araşdırma yekunlaşdı - Nəticə
-
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb - Fotolar
-
Paşinyanın Moskvaya səfərinə hazırlıq gedir - Peskov təsdiqlədi
-
Abşeron rayonunda bu yollar təmir olunacaq - 2,8 MİLYONLUQ İŞ
-
Məhkəmə rüsumları 4 dəfə azaldılır - Kollegiya sədri
-
400 ton yararsız toyuq ətinə görə 10 il həbs cəzası verilə bilər - Vəkil
-
Avtomobilləri qarət edib özünə “iPhone 18“ aldı - Bakıda ŞOK
-
Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb - icarəçisi məşhur brenddir
-
“Nio ET 5“ 18 min, “Toyota Camry“ 18 300 manat - Hərracda daha 18 maşın satıldı
-
Azərbaycan və Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı - Fotolar
-
Bakının mərkəzində növbəti tarixi abidə vandalizmi - Tanınmış memar etiraz etdi
-
İsveçrədən Özbəkistana 252,5 milyon dollarlıq jest - Kərimovanın aktivləri geri qaytarılır
-
AFFA məşqçiləri cəzalandırdı - klubları isə cərimələdi
-
Mövlam Şıxəliyevin daha bir əmlakı hərraca çıxarıldı: Qiyməti 250 mindir (FOTO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü - 652 bal toplamışdı...
-
Hacıqabulda 62 yaşlı kişi öldürüldü - Kürəkəni tutuldu
-
Bakıdan gedən Özcan Deniz saxlanıldı - Siyahıda Deniz Çakır da var
-
Prezidentdən xarici ölkələrə ixracla bağlı - FƏRMAN
-
İslam Rzayevin əmlaklarına həbs qoyuldu - SİYAHI
-
Nazir bu xanıma yüksək vəzifə verdi - ƏƏSMN-də təyinat + FOTO
-
Azərbaycan internetin sürətinə görə neçəncidir? - REYTİNQ
-
“Toylar kralı“ mübahisəsi: Nadir Qafarzadə Manaf Ağayevə cavab verdi
-
Azərbaycanda ixrac gəlirlərinə nəzarət gücləndirilir - Prezident gömrüyə tapşırıq verdi
-
Bağça müəllimlərinin işə qəbulu başlayır - Bir həftə vaxt var
-
Kamaləddin Qafarovun ətrafında narazılıq: şirkətdə əsas söz sahibinin katibəsi olduğu iddia edilir
-
Azərbaycan-Litva münasibətlərində yeni mərhələ: 45 sənəd, 50 milyonluq investisiya
-
Bellinqemdən fantastik, Vinisiusdan aylar sonra qol - VİDOE
-
Prezident Fərman imzaladı:Yeni Mərkəz yaradıldı
-
Abdin Fərzəliyevi bildik, bəs Anar Quliyev? - Masazırda Fərail Hüseynov qanunsuzluğu...
-
Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq - Sabahın havası
-
İnformasiya və rabitə xidmətlərinin dəyəri ən yüksək olan 10 iqtisadi rayon - SİYAHI
-
“ASAN xidmət”in Pakistanda tətbiqi genişləndirilir - Fotolar
-
Prezident Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Tramp tələsir, Zelenski isə güzəştə getmir... - “Bu, Ukraynanın hesabına olmamalıdır“
-
Azərbaycan, Gürcüstan və Ermənistanda sosial şəbəkə istifadəçiləri - Müqayisə
-
Vasif Talıbovun imzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
-
Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir
-
“Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfə az göstəriblər” - İş adamından şikayət
-
Naxçıvanda bu qurum ləğv edildi - Cabbar Musayev qərar imzaladı
-
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
-
Tramp Kim Çen Inla görüşə bilmir - Məktubunu da geri qaytarıblar
-
Epilepsiya xəstəsi olan qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? - VİDEO
-
“Giləzi-Quşçuluq” kompleksinin direktoru həbs olundu - Məhkəmədən qərar
-
Yaqub Eyyubovun oğlu İngiltərədə 17 daşınmaz əmlak əldə edib: Qiyməti 10 milyon funta yaxındır
-
Zelenski ilə Madyar voleybol oynayıb buzları əritdilər - VİDEO
-
Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı yoxdur - Xəstələr başqa tibb müəssisəsinə göndərilir
-
“ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır“ - Tramp
-
Bir vaxtlar nümunə göstərilən dayanacaqlar indi bərbad vəziyyətdədir - VİDEO
-
Mənzilini sığortalayanlara xəbərdarlıq – Bu hallarda ödəniş verilməyəcək
-
Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi
-
Mehrac Babayev müflis olur - Rusiyada biznesi çökən azərbaycanlı oliqarx tikinti bazarını tərk edir
-
9 ayda 979 min qol saatı idxal edilib - Ən baha və ən ucuz haradan gətirilib?
-
Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır
-
“İbrahimoğlu İnşaat“la bağlı məhkəmə qərarı - Əmlakına həbs qoyuldu
-
Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Pensiya yaşına çatan vətəndaşlar üçün vacib məlumat - Kimlər pensiya ala biləcək?
-
Fuad Allahverdiyevin keçmiş xanımı azadlığa buraxıldı - TƏFƏRRÜAT
-
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə apardı - FOTO
-
Vətəndaşların torpaq problemi həll olunur? - Qanunvericilikdə mühüm yenilik
-
Sabahdan Bakıya yağış, bəzi rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
-
Media subyektləri şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdır - Mətbuat Şurası
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Aqşin Mirzəyev monopoliya yaradıb - Cənub Yük Terminalında özbaşınalıq
-
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı - 2,2 milyardlıq fond qalmaqalı
-
“Yoxlasan babası lütün biri olub...“ - Deputatdan rüşvətə fərqli baxış
-
Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdi - TƏFƏRRÜAT
-
Bu il tikinti materialları nə qədər bahalaşıb? - Yeni qiymətlər
-
Zaur Mikayılovun oğlu özünə yeni biznes qurdu - Hər satışdan komisiya alır
-
Hakim məhkum ataya güzəşt etdi - Uşaqlarını məktəbə aparacaq
-
Azərbaycanda maaş artımının ən çox və ən az olduğu rayonlar - 4 rayonda azalma olub
-
“Dövlət müəssisəsi dostlar klubu deyil” - Deputatdan qohumbazlığa etiraz
-
Paşinyan media qurumlarını məhkəməyə verib - 4 milyon tələb edir
-
Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı (VİDEO)
-
Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz - Valideynlərin nəzərinə!
-
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb - FOTOLAR
-
İranın 7 şərti yerinə yetirilmədən ABŞ ilə danışıqlar başlamayacağıq - Qalibaf
-
Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı
-
Azərbaycanda dövlət fondları hesabına verilən kreditlərin biznes kreditlərində payı azalıb - Zakir Nuriyev
-
Mobil internetin sürətinə görə ölkələrin yeni reytinqi açıqlanıb - SİYAHI
-
“Vesta Construction” MMC rəhbərindən 172 nəfərə qarşı dələduzluq - Məhkəməsi başlayır
-
Prezident Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
-
Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir
-
ABŞ hərbçilərinin müşayiət etdiyi üç neft tankeri Hörmüzdə minaya düşüb - SEPAH
-
Milli Məclisin iclası başlayıb - Gündəlikdə 10 məsələ var
-
BDU-da 9 fakültənin dekanı dəyişir - Yeni namizədlər axtarılır
-
Makler qaçıb gizləndiyindən evindən də oldu, pulundan da... - VİDEO
-
İran dünyanın dörd aparıcı gücündən biridir - Qalibaf
-
Azərbaycanın ən gənc deputatı - 30 yaşı var (FOTO)
-
Bakıda yeni işıqforlar bu qaydada çalışacaq - FOTOLAR
-
Təkcə neft deyil: Azərbaycandan daha nələr alırlar?
-
Yaxın Şərq yeni eskalasiyaya tab gətirməyəcək - Qətər baş naziri
-
Azərbaycanda Xəzərin suyu duzsuzlaşdırılacaq - ADB zavod tikintisinə 140 milyon ayırdı
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik“ - Melaniya Tramp
-
Zakir Fərəcov Adil Xudadatovun “qələmini qırıb“? - “Kamaz“ ləqəbli bələdiyyə sədrinin DOSYESİ
-
NATO-nun baş katibi Cənubi və Şimali Koreyanı səhv saldı - Zaldakılar güldü
-
Saxta pulu həqiqi puldan necə ayırmaq mümkündür? - VİDEO
-
Vətəndaşın pulunu KİM qaytaracaq? - İcbari tibbi sığortada YENİLİK
-
Azərbaycanlılar 10 ayda geyimə bu qədər xərcləyiblər - RƏQƏMLƏR
-
Sol ayağı kəsilən vətəndaşın əlillik pensiyası niyə kəsilib? - VİDEO
-
Keçmiş məmur 29 milyon dollar rüşvət aldı - Edam olunacaq
-
Bakıda “Green Park” hotelin yerləşdiyi bina satışa çıxarıldı - QİYMƏT
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə - Fotolar
-
İnterpol iki azərbaycanlı qadını axtarır - Nədə ttiham olunurlar?
-
Qonaq getdiyi evdən qızıl oğurladı - Lombarda qoyub pul götürdü
-
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
-
Huanq “Nvidia”ya qayıtdı - intim macəralar onu durdurmadı
TOP 10
ARXİV






