| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Prezident Suqovuşandan xalıq təbrik etdi - Tam mətn +VİDEO
Tarix 20.03.22, 18:16 |
|
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində olub.
Prezident İlham Əliyev Suqovuşandan Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. Prezident təbrikində bildirib:
- Əziz bacılar və qardaşlar.
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.
İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.
Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki, heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.
Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır. Bu gün burada bir neçə tədbirdə iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.
Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.
Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!
Xəbərin oxunma sayı : 1096
Gündəm
Xəbərlər
-
Bərdə xəstəxanasında cərrah yoxdur? - TƏBİB-dən sosial şəbəkələrdə yayılan videoya cavab
-
Netanyahu Trampla nəyi müzakirə edəcək? - AÇIQLADI
-
Yeni nazir müavini təyin edildi - Sərəncam imzalanıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Səhər“ və “Mehr“in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
-
ABŞ və İran hərbi əməliyyatları dayandırdı - Silah ehtiyatı tükənib?
-
100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
-
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı
-
Böyük Britaniyanın müdafiə naziri: Avropa Trampa təşəkkür etməlidir
-
Mahsun Kırmızıgül və daha 4 məşhur prokurorluğa çağırıldı - Ahbap dərnəyi ilə bağlı
-
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
-
Tamaşaçılar ən çox hansı kanallara baxırlar? - AzTV və Real TV-nin verilişləri ilk 15-də yoxdur
-
ABŞ-dan Ukrayna müharibəsini bitirmək üçün yeni cəhd - Bu hücumlara son qoyulmalıdır...
-
Dünya çempionatı Bakıda keçiriləcək - Prezident sərəncam imzaladı
-
Prezident bu qanunlara da dəyişikliyi təsdiq edib - DETALLAR
-
Tramp İranla bağlı üç variantı nəzərdən keçirir - “The New York Times”
-
Azərbaycanın İstanbul və Qars baş konsulları geri çağırıldı - Yeniləri təyin edildi
-
Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın olub - VİDEO
-
Kredit borcu problemi həll olunur? - Yeni qaydalar hazırlanır
-
Sumqayıtda aylar öncə qazılan yol niyə hələ də bərpa edilmir? - VİDEO
-
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi
-
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi”: Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
-
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
-
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi - VİDEO
-
Abşeronda külək elektrik enerjisini kəsdi: Qatarların hərəkəti yubandı
-
15 ildir qaz xətti keçən kəndin niyə qazı yoxdur? - VİDEO
-
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
-
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Havada tozun miqdarı normadan 1,7 dəfə artıqdır - Nə qədər davam edəcək?
-
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
-
Xırdalan-Novxanı yolunda niyə yerüstü piyada keçidi yoxdur? - VİDEO
-
“ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir“ - Netanyahu
-
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
-
Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO
-
B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərə xəbərdarlıq - VİDEO
-
Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?
-
““Hizbullah“ın müdafiəsi İranın strateji siyasətidir“ - Xamenei
-
Bakıda və Abşeronda temperatur 3-4 dərəcə enəcək - Sabahın havası
-
Türkiyə millisindən tarixi zəfər - ÇEMPİON OLDU!
-
“Fantastik qiymətdir“ - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
İyulun 27-si və 28-də dənizə girmək təhlükəlidir - Fövqəladə Hallar Nazirliyi
-
Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO
-
Rusiya miqrantlara yeni şərtlər qoydu: Gəliri az olanlar ölkəni tərk edə bilərlər
-
Azərbaycanda ən çox bazar bu bölgədədir - SİYAHI
-
“Hücumlar davam etsə, müharibənin coğrafiyası genişlənəcək“ - İran ordusu
-
“Putin şəhər və mobil telefonlarından istifadə etmir“ - Peskov
-
Biləcəridə yol çöküb, hərəkət iflic olub - VİDEO
-
Avropa alov içində: 250 mindən çox insan təxliyə edildi
-
İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?
-
Zelenski kəşfiyyat məlumatlarını açıqladı - Rusiya yeni səfərbərliyə hazırlaşır
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“İranın hədəfi qonşu ölkələr deyil, ABŞ-dir“ - Əraqçı
-
Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş - FOTO
-
Tbilisi-Bakı qatarına niyə bilet tapılmır? - VİDEO
-
Azərbaycanda futbol klubu satıldı - 400 min manata
-
“Sursat ehtiyatlarımız tükənir“ - Pentaqon rəhbərliyindən Trampa xəb
-
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
-
40 dərəcə isti olacaq - Sabahın hava proqnozu
-
İlham Əliyev Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb - MƏTN
-
Bağlanacağı deyilən Bakı Qızlar Universitetinin rektoru danışdı - VİDEO
-
Parisdə terror aktının qarşısı alındı - Xüsusi əməliyyat
-
Naxçıvanda təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı
-
Azərbaycanın bəzi rayonlarında 39 dərəcə isti qeydə alınıb - Faktiki hava
-
İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO
-
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
-
Nizami rayonunda yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
-
Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurub - Ölən və yaralananlar var
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Yeni nəsə icad etməyəcəyəm, amma...“ - Yürgen Klopp
-
“Zolotaya Korona” bu ölkələrə pul köçürə bilməyəcək - Azərbaycan da siyahıda varmı?
-
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
-
İran Hörmüz boğazında öz hüquqlarını müdafiə etməyə davam edəcək - Əraqçi
-
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO
-
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA
-
“Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər“ - Tramp
-
Nazirlik səhvini başa düşdü və bizdən üzr istədi - Anar
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub - 2 nəfər vəzifədən azad edilib
-
Arayikgilin məhkəməsində prokurorlar çıxış etdi - FOTOLAR
-
PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üzrə qəbul günləri - CƏDVƏL
-
Tramp və Zelenski Vaşinqtonda görüşəcəklər - Vaxtı məlum oldu
-
Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu
-
“Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür...“ - SPACE TV rəsmi açıqlama yaydı
-
1 həftədə 19 min manatdan çox ziyan dəyib - Dövlət Xidməti
-
Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları - TAM SİYAHI
-
Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum - 14 nəfər həlak oldu
-
Moskvadan getdi, indi oranı dronla vuranların başındadır - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı
-
Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı
-
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
-
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
Elşad Abbasovun “Embafinans“dan gəliri açıqlandı - Nə qədər qazanır?
-
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
-
Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
İcra başçısı rəisi işdən çıxardı: Yenisini təyin etdi - FOTO
-
Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Aslanov kimdir? - DOSYE
-
Səudiyyə şahzadəsinin otel otağında sirli ölümü - İstintaq təfərrüatları açıqladı
-
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb - Türkiyəyə təyin edilib
-
Prezdent Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
-
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
-
İpoteka almaq daha asan olacaq: Süni intellekt prosesə qoşulur
-
“Space TV“nin bank hesablarına həbs qoyuldu - SƏBƏB
-
Azərbaycanda bu qədər ipoteka krediti verilib - RƏSMİ
-
Təsərrüfat sahiblərinin nəzərinə - Yeni qayda təsdiqləndi
-
Özgür Özəl 91 deputatla birlikdə CHP-dən istefa verdi - Yeni partiya yaradıldı
-
“ABŞ-ın yeni gömrük rüsumları xoşagəlməz sürpriz oldu“ - Kallas
-
Temperatur çox yüksək olacaq - Nazirlikdən XƏBƏRDARLIQ
-
Bakının bu qəsəbəsinə qatar yenidən gələcək - Stansiya da bərpa edilir
-
8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - VİDEO
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Binədə iki avtobus toqquşub - 22 nəfər xəsarət alıb
-
Abşeron RİH 57 min manata smeta alır - TENDER
-
Xəzərdə batan 3 nəfərin axtarışları davam edir - VİDEO
-
Böyükşor-Pirşağı yolu niyə gec xətlənib? - VİDEO
-
Konqres Trampa İran müharibəni qadağan etdi - Qətnaməni təsdiqlədi
-
Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
-
Böyük Qayıdış davam edir: Cəbrayıl, Ağdərə və Xocalıya növbəti köç yola salındı
-
Şiddətli istilər Böyük Britaniya iqtisadiyyatına 1.5 milyard avroya başa gəlib - “Bloomberg“
TOP 10
ARXİV






