Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Xaçmazda qadının özündən 39 yaş kiçik qohumu tərəfindən öldürülməsinin TƏFƏRRÜATI

Tarix 23.03.24, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Xaçmazda 66 yaşlı Yergüc kənd sakini Səfurə Balacayevanın özündən 39 yaş kiçik qayını oğlu tərəfindən xüsusi amansızlıqla öldürülməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bu barədə bizim.media-ya danışan mərhumun oğlu, rayonun Qusarçay kənd sakini Zaur Balacayev bildirib ki, anası hadisə zamanı evdə tək olub, qanlı olay martın 20-də gecə saatlarında baş verib. Onun sözlərinə görə, anasının ölməyini ailəli olan kiçik bacısı bilib:

“Bacım anama bayram payı gətiribmiş, çağırıb, amma eşitməyib, qapını açanda anamı qan içində ölmüş vəziyyətdə görüb. Bizim düşmənimiz olmayıb, anamın pulu-parası da yox idi”. 

Qeyd edək ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir. 

***

Qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayət isti izlərlə açılıb.

Bu barədə Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, martın 21-də Xaçmaz rayon sakini 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında birgə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.








Xəbərin oxunma sayı : 637




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap