“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

Tarix 28.03.24, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovu da hiddətləndirib.

Sportinfo.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ”ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib, Elvini külli miqdarda cərimələməyib.

Q.Qurbanov E.Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir. Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək.

Qeyd edək ki, UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. Buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda “Braqa”ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub. O, Bakıda “Bayer”ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək. Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq. Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.

Məlum olduğu kimi, Azərbaycan millisi Bakıda “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib. “Tofiq Bəhramov”da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər - 1:1. Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb. Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib. Sarı kart alan Elvin final fitindən sonra da dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə hakimlərə tərəf tutaraq “kotostrofa” ifadəsini işlədib. Cəfərquliyevin bu hərəkətləri birmənalı qarşılanmayıb. 



Xəbərin oxunma sayı : 736




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap