Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İmtahandan keçməyən oğlundan polisə şikayət etdi - 200 manat cərimələndi

Tarix 02.09.24, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda ata dövlət imtahanlarında az bal toplayan oğlu barəsində polisə şikayət edib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. 

Lakin oğlundan şikayət edən atanın özü barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1- ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, 1980-ci ildə Füzuli rayonunda doğulan V.B. şikayəti içkili halda edib. Belə ki, V.B.-nın oğlu bu il ali məktəbə imtahan vermiş, lakin bal toplaya bilməyib. Bir neçə il hazırlıq üçün müəllimlərə pul ödəməsinə baxmayaraq baxmayaraq, oğlunun imtahanda ümumiyyətlə bal toplamaması atanı möhkəm əsəbiləşdirib və buna görə bir neçə dəfə övladını danlayıb. 

Hadisənin səhəri gün içkili halda evə gələn ata oğlunun mobil telefonla oynadığını görüb yenidən ona əsəbləşib. Bu zaman aralarında mübahisə yaranıb. V.B. buna əsəbləşərək 102 zəng xidmətinə zəng edərək oğlu barəsində tədbir görülməsini tələb edib. 

Hadisə yerinə polis gəldikdən sonra V.B. səhv etdiyini başa düşüb və səs-küy salmağa başlayıb. Məhkəmədə buna görə özünü təqsirli bilib.

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 200 manat cərimə edilib.



Xəbərin oxunma sayı : 1057




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap