Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sabah bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq

Tarix 01.10.24, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası olaraq, Saray körpüsü ətrafında yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək. 

Bu barədə "Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə 02.10.2024-cü il saat 11:00-dan işlər yekunlaşanadək "Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin Novruz, Təzə və Köhnə Corat qəsəbələrinin, Novxanı, Qurd dərəsi, Corat və Saray bağlarının, 11-12-13-17-ci və18-ci mikrorayonların bir hissəsinin, 20-ci və 21-ci mikrorayonların, eləcə də 47, 48, 49, 51, 52, 53-cü məhəllələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.



Xəbərin oxunma sayı : 910




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap