Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Xərçəngdən qoruyur, immuniteti gücləndirir - Bu meyvəni həmişə yeyin

Tarix 12.10.24, 9:29

Font ölçüsü : - / +
bitmap-img6


Payız mövsümünün əvəzolunmaz meyvəsi olan əncir insan sağlamlığında böyük rol oynayır.

AzFakt.com xəbər verir ki, əncir tərkibindəki kalium, kalsium, antioksidantlar və A, E və K vitaminləri ilə sağlamlığı qorumağa kömək edir.

Əncir tərkibindəki kalium mineralı sayəsində qan təzyiqini tarazlamağa kömək edir. Buna görə də ürək-damar sağlamlığına qoruyucu təsir göstərir. Ürəyin piylənməsinin qarşısını alır və ürəyi qoruyur. 

Əncir liflə zəngindir. Bu xüsusiyyəti ilə xərçəng hüceyrələri ilə mübarizə aparır və xərçəng növlərinin yayılmasının qarşısını alır. Xüsusilə əncirdə olan antioksidanlar və vitaminlər bədəni zərərli komponentlərdən qoruyur və immuniteti gücləndirir.

Əncir həzm sisteminin daha düzgün işləməsinə kömək edərək qəbizlik problemlərinin qarşısını alır.

Tərkibindəki kalsium sayəsində sonrakı yaşlarda osteoporoza (sümük itkisinə) qarşı qoruyucu təsir göstərir.

Həmçinin aparılan araşdırmalara görə, əncir iltihaba səbəb olan sitokinləri azaltmaqla Alzheimer xəstəliyi riskini azaldır.

Bundan başqa, menopoz zamanı qadınların hormonlarını tarazlaşdırmaq və immun sistemini qorumaq üçün bu meyvənin istehlakı vacibdir.

Əncir həmçinin yaşlanma əleyhinə təsiri və yaddaşı gücləndirənməsi ilə tanınır.

Şəkərli diabetin ağır formalarından əziyyət çəkənlərin ondan istifadə etməsi məsləhət görülmür. Mütəxəssislər əncirdən rasionda ehtiyatla istifadə etməyi məsləhət görürlər. Çünki allergiyaya səbəb ola bilər.



Xəbərin oxunma sayı : 928




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap