![]() |
|














Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
Tarix 07.05.25, 20:52 |
|

Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin əmlakının üzərinə həbs qoyulub. Həbs qərarı Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı əsasında qoyulub. İcra məmuru təqdimatda qeyd edib ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır və buna görə də əmlakı üzərinə həbsin qoyulması məqəsədəmüvafiqdir.
Sabunçu rayon Məhkəməsi icra məmurunun təqdimatına baxıb və Orxan İsmayılzadənin mənzilinin üzərinə həbsin qoyulması barədə qərardad çıxarıb.
2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub.
Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:
“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
Sabunçu Rayon Məhkəməsi təqdim olunan sübutlar əsasında Fidan Abbasovanın qızının atasının Orxan İsmayılzadə olması barədə qərar verib. Məhkəmənin gedişatında Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün qərardad çıxarıb. Orxan İsmayılzadə atalıq testindən keçməkdən yayınıb. Qızının saxlanılması üçün aliment ödəməkdən də imtina edib. Sabunçu Məhkəməsinin qərarına görə Orxan İsmayılzadə hər ay 500 manat aliment ödəməlidir. O, Sabunçu Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu məhkəmə instansiyası da obyektiv qərar çıxarılması üçün Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi barədə qərardad çıxarıb.
Ekspertizanın keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. 2025-ci il aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı gediblər.
Yada salaq ki, Orxan İsmayılzadə bundan öncə də ekspertizada iştirak etməkdən yayınıb. Sabunçu və Xətai rayon məhkəmələrində iş üzrə proseslər keçirilərkən hakimlə obyektiv qərarın verilməsi üçün ekspertiza keçirilməsi barədə qərar vermişdilər. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad çıxarmışdı. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin o zaman da Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana getməmişdi.
Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ayrı-ayrı məhkəmələrin çıxardığı qərardadlar əsasında təyin olunan ekspertizadan keçməkdən yayınmaqla əslində övladının atası olduğunu təsdiq etmiş olur: “Orxan İsmayılzadə mənim ona şər atdığımı deyir. Guya övladımın atasının olduğunu bildirməklə ona şər atıram. Bunun şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edib məhkəmələrə üz tutur. Məhkəmələr həqiqətin üzə çıxması üçün ekspertiza təyin edirlər. Çünki, bunu sübut etməyin tək yolu ekspertizadır və Orxan İsmayılzadə ekspertizada iştirak etməməklə Nilin atası olduğunu etiraf etmiş olur. Məsələ onun iddia etdiyi kimi olsaydı, ekspertizadan keçər, övladımın atası olub-olmamasına aydınlıq gətirilməsində iştirak edərdi. Mənim övladımın atası Orxan İsmayılzadədir”.
Fidan Abbasova Orxan İsmayılzadənin bu günə qədər təyin olunmuş ekspertizalarda iştirak etməməsinin protokollaşdırıldığını da deyib:
“Qanuna görə ekspertizanın işində iştirak etməmək öz-özlüyündə onun nəticəsini qəbul etmək, nəticəsi ilə razılaşmaq anlamı daşıyır”.
Bioloji qohumluğun təyini – Atalıq testi necə keçirilir?
Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.
Bəs atalıq testi necə aparılır?
Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.
Fidan Abbasova deyib ki, Sabunçu Rayon Məhkəməsi ötən il Orxan İsmayılzadənin qızı Nilin atası olması barədə qərar verib və aliment təyin edib: “Orxan İsmayılzadə uşağın saxlanılması üçün təyin olunan aylıq 500 manat alimenti də ödəmir. Qanuna görə Orxan İsmayılzadə alimenti ödəmirsə, icraçılar onu məcbur etməlidirlər ki, övladının saxlama xərcini ödənsin. Ödəmirsə, icraçılar müvafiq hüquqi addımlar atmalıdırlar və atıblar. Vəkillərimlə məsləhətləşmədən sonra əlavə hüquqi addımların atılmasını da planlaşdırıram”.
Musavat.com
Xəbərin oxunma sayı : 1165
Gündəm
Xəbərlər
-
“Avroviziya 2025” mahnı müsabiqəsi başlayıb - CANLI
-
“Qarabağ“ “Nyukasl“, “Atletik“ və “Beşiktaş“dan öndədir - UEFA reytinqi
-
Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
-
Türkiyədən Azərbaycana hazır geyim ixracı niyə azalıb? - VİDEO
-
“Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək“ - ABŞ-nin xüsusi elçisi
-
Nəsimi rayonunda qanunsuz tikintiyə kim icazə verib? - VİDEO
-
Məcnun Məmmədov koronavirusa yoluxdu - KTN-dən təsdiq
-
“ABŞ Suriyaya qarşı sanksiyaları dayandıracaq“ - Tramp
-
Nazir Yaşar İbrahimovu işdən çıxardı - Rəhbərlik Samir Əliyevə həvalə edildi
-
Yasamalda növbəti qanunsuz tikinti - VİDEO
-
ANAMA-nın vəzifəli şəxsi niyə postundan azad olunub? - Səbəb
-
Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu
-
Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı
-
Şirinbəyli 244 minlik xəzinəsini oğurlayan qadını bağışladı, amma... - SİYAHI
-
Daha iki şəxsə vəzifə verildi - FOTOLAR
-
“Mayın 26-da Braziliya millisində işə başlayacam” - Ançelotti
-
“Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram“ - Zelenski
-
Bakıda 128 yaşlı tarixi bina sökülüb? - Açıqlama
-
Vardanyanın məhkəməsi davam etdirilir - Fotolar
-
Ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı - Fotolar
-
“NATO Rusiya-Ukrayna müharibəsində tərəfə çevirilməməlidir“ - Ərdoğan
-
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub - FOTOLAR
-
Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır - Faktiki hava
-
“Georgi lenti“ taxan Saleh Səmədov sədr vəzifəsindən azad edildi - VİDEO
-
Azərbaycanın 41 yaşlı yeni Hərbi prokuroru kimdir? - DOSYE
-
Baş nazirdən əmək kitabçaları ilə bağlı QƏRAR
-
Qarşıdakı 2 gün güclü külək əsəcək - Xəbərdarlıq
-
“ASAN imza”nın inhisarçılığı sona çatdı - SİMA 6 ay pulsuz olacaq, amma...
-
“Xahiş etmişəm ki, məni həbs etsinlər...“ - “Şərurlu İsfəndiyar“ məhkəmə qarşısında
-
Prezident Hərbi prokuror təyin etdi - Sərəncam
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
ADY sədri bu məmuru bir ay əvvəlki vəzifəsinə qaytardı - Müəmma
-
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu - Məhkəmə zalında
-
Baş prokuror Qobustanda vətəndaşları qəbul etdi - Fotolar
-
Magistratura imtahanının nəticələri - Açıqlandı
-
Şərurlu İsfəndiyar məhkəməyə gəldi - FOTO
-
İmişlidə SSRİ bayrağı qaldıran şəxs danışdı - “sizə nə dəxli var?“ + FOTO
-
Deputatlar daha 12 məsələni müzakirəyə çıxaracaq - SİYAHI
-
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl check-up olunubmuş...
-
Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
-
İmişlidə SSRİ bayrağı qaldırıldı: “Georgi lenti“ taxıldı - VİDEO
-
Müəllimlər üçün sertifikasiya imtahanı keçiriləcək - Bu tarixdə
-
Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası
-
“Buna son qoyacağıq” - Trampdan Aİ-yə xəbərdarlıq
-
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - FOTOLAR
-
18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - Fotolar
-
“Son zəng”lə bağlı rəsmi - Xəbərdarlıq
-
Bakıda qadın sahibkar həbs edildi - 60 zəvvarı aldadıb
-
DTX-nin həbs etdiyi sabiq diplomatdan xəbər var - Qərar verildi
-
Vüqar Namazov nəyi düz etmir? - “Unibank“a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb
-
151 saylı uşaq bağçasında xarab olmuş yeməklər verilir? - VİDEO
-
Tərtərdə 35 yaşlı qadın qətlə yetirildi - Qayınatası tutuldu
-
Ərəblər Azərbaycanda hansı rayonlarda qalırlar və nə qədər pul xərcləyirlər? - Siyahı
-
Bu müavinat 1600 manata yüksəldi - Kimlərə ödənilir?
-
Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Əliyevin qəbulunda - Fotolar
-
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
-
Bu qadağa ərəfəsində evlənənlərin sayı artıb - VİDEO
-
Prezident Yaşar Güləri qəbul etdi - Fotolar
-
“Vətəndaşların üzərinə istifadə etmədiyi qaza görə pul yükləməyə çalışırlar” - Şikayət
-
Bakıda yeni park salınır - Məşhur şirkətin binaları söküləcək
-
Azərbaycan uşaq ölümünə görə ön sırada - ŞOK SƏBƏBLƏR
-
Nazir neft-qaz hasilatı və ixracı ilə bağlı göstəriciləri açıqladı - Azalma var
-
“Vaz”la “Ford” toqquşdu - 22 yaşlı gənc həlak oldu
-
Bakıda gizli eşq faciə ilə bitdi: 56 yaşlı kişi 22 yaşlı sevgilisini boğub öldürdü
-
Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil?
-
Ağ Evdə Trampa sui-qəsd səhnəsi... - FOTO
-
Ərdoğandan Rusiya və Ukraynaya - Çağırış
-
Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB
-
Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR
-
Ançelotti Braziliya millisində - “O, futbol tarixinin ən böyük məşqçisidir...“
-
“50 min cərimə müəyyən edilib, icra etmirlər“ - Nərimanov RİH-lə bağlı şikayət
-
ABŞ PKK-nın ləğvini alqışlayıb - “Bu, sivilizasiya üçün qələbədir“
-
Bu məkanda qiymət 5 dəfə artdı – Şikayətlər dayanmır...
-
“Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” - Ərdoğan
-
Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən çıxarıldı - RƏSMİ
-
“JEK“lər ləğv olunur: əvəzində bu qurum işləyəcək
-
Prezident yeni qanunu təsdiq etdi - Sosial xidmətlərə nələr əlavə olunub?
-
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib - Film kimi cinayət
-
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün
-
Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTO
-
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
-
“Qadını suya atıb dondurmuşdular” - Başlıbeldə yaşananlar
-
Bankların pul “qoparmaq” oyunu - komissiya xidmətləri niyə bahalaşıb?
-
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? - FAKTLAR
-
3 manata satılan kabablar - Hansı ətdən hazırlanır?
-
“Hindistan və Pakistan hərbi liderləri atəşkəs danışıqları aparırlar” - KİV
-
İlham Əliyev Ərdoğanı təbrik etdi - PKK-nın özünü ləğv etməsinə görə
-
Tərtərdə dəhşətli qətl: kişi arvadını və əlaqədə olduğu ustanı öldürdü - TƏFƏRRÜAT
-
“Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər“ - Coğrafiya İnstitutu
-
İcra başçısı özünə həsr olunan sənədli film çəkdirib? - VİDEO
-
Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ
-
Azərbaycan və Somali arasında Memorandum imzalandı - Fotolar
-
Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTOLAR
-
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə
-
Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: Atəşkəs olmazsa, sanksiyalar başlayır
-
Şirvanda 13 hektar ərazinin zəbt edilməsi böyüyür - Başçı çətin durumda
-
Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI
-
“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
TOP 10
ARXİV