“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI

Tarix 12.07.25, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


Göyçay rayonunda çayxanada zarafat qətl hadisəsi ilə nəticələnib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonda fəaliyyət göstərən çay evlərindən birində baş verib.

Rayonun Potu kənd sakini, 1999-cu il təvəllüdlü Mehdi Məmmədov çay evində olarkən orada çayçı işləyən, 1980-ci il təvəllüdlü Rza Əhmədovun müştəri tanışları ilə zarafat etdiyini görüb. Rza Əhmədov tanışlarına yaxınlaşaraq nə isə dedikdən sonra əlini M.Məmmədov tərəfə tuşlayıb nəsə deyib. Bundan sonra çayxanadakı müştərilər gülüblər.

M.Məmmədov Rza Əhmədova yaxınlaşaraq onun haqqında müştərilərə nəsə dediyini soruşub. R.Əhmədov isə onun barəsində heç nə danışmadığını, tanışları ilə zarafat etdiyini bildirib. Bundan sonra M.Məmmədov kafedən çıxıb evinə gedib. Gecə saatlarında evdən çıxıb və yaxınlıqdakı marketə gedib, oradan bıçaq alıb və qolunda gizlədib, sonra yenidən çayxanaya qayıdıb.

Çayxananın qarşısında o, R.Əhmədova yaxınlaşaraq yenidən həmin söhbətə qayıdıb. R.Əhmədov əlini belinə qoyaraq, yenidən onun haqqında heç nə demədiytini bildirsə də, M.Məmmədov ona inanmayıb. O, Rzanın əlini belinə qoymasını Rzanın belindən bıçaq çıxaracağını zənn edib. Bu vaxt M.Məmmədov cəld qolundakı bıçağı çıxaraq Rza Əhmədovu vurub. O, Rzaya 4 bıçaq zərbəsi vurduqdan sonra hadisə yerini tərk edib.

Təxminən yarım saatdan M.Məmmədova polis əməkdaşından zəng gəlib. Polis həmin şəxsin harada olduğunu soruşanda, o, yerini deyib. Polis əməkdaşları onu yolun kənarında yaxalayaraq şöbəyə aparıblar. O, şöbədə izahat yazarkən Rza Əhmədovun öldüyünü öyrənib.

Faktla qarşı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Məmmədov 17 il azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 1204




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap