“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Fındıq bahalaşdı, badamın qiyməti də artacaq - Ekspert səbəbləri açıqlayır

Tarix 03.09.25, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda fındığın qiyməti xeyli bahalaşıb. 

“AzPolitika”nın bu sahədə çalışan fermerlərdən əldə etdiyi məlumata görə, bir kiloqram fındıq 6-7 manata təklif olunur ki, bu da ötənilki qiymətlərdən 35–40 faiz bahadır.

Qiymət artımına səbəb kimi məhsuldarlığın aşağı düşməsi göstərilir. Fermerlər bildirirlər ki, əlverişsiz iqlim şəraiti - bəzi rayonlara yağan dolu və  uzun müddət davam edən istlər məhsuldarlığı xeyli aşağı salıb. Eyni zamanda ötən illərdə fındığın ucuz olması onların əlini “işdən soyudub”. Nəticədə bir çox sahibkar fındıq bağlarını ləğv edərək başqa sahələrə üz tutub. Bu da bazara çıxarılan fındığın azlmasına və nəticədə qiymətlərin yüksəlməsinə şərait yaradıb.

Hazırda yığım mövsümü davam edən badam sahələrində də vəziyyət ürəkaçan deyil. Fermerlər bildirirlər ki, məhsuldarlıq xeyli aşağı düşüb. 

Açıklama yok.

“Onsuz da badam yüksək maya dəyəri olan və az məhsul verən sahədir. Ötən il bir kiloqram badam emal müəssisələri tərəfindən 3 manat ətrafında qiymətə alınıb. Böyük vəsait xərcləsək də, nəticədə məhsul az, qiyməti isə ucuzdur. Ona görə də bu il badam bağlarını qırıb başqa meyvə ağacları əkən fermerlərin sayı kifayət qədərdir”, – adının çəkilməsini istəməyən sahibkar “AzPolitika”ya bildirib. 

Onun sözlərinə görə, emal müəssisələrinin bu dəfə istehsalçılardan ucuz badam almaq niyyəti baş tutmayacaq. Qiymətlərin bahalaşması qaçılmazdır.

Açıklama yok.

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli mövcud vəziyyəti “AzPolitika”ya şərh edərkən bildirib ki, fındıq istehsalının aşağı düşməsinin səbəbi bu sahə ilə məşğul olanların sayının azalması ilə bağlıdır: “Həmçinin, son zamanlar badam istehsalçılarının bu sahəyə marağının azaldığını müşahidə edirik. Bunun əsas səbəbi odur ki, məhsuldarlıq aşağıdır. Bağçılıq elə sahədir ki, gərək bağa baxasan, vaxtlı-vaxtı suvarma, budama işləri aparılası, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilə, aqrotexniki qaydalara əməl olunsun. Təəssüflər olsun ki, bizdə çoxsaylı problemlər var. Problemlər həm su və istehsal vasitələrinin çatışmazlığı ilə bağlıdır. Gübrələrimizin keyfiyyətinin aşağı olması, torpaqlarımızın zəif olmasını da bura əlavə etmək olar.”


V. Məhərrəmli qeyd edir ki, Azərbaycanda badam əkilən ərazilərdə torpaqların homus qatı aşağıdır. Onun sözlərinə görə, torpağa kifayət qədər mineral elementlər və üzvi maddələr verilmədiyi üçün get-gedə deqradasiyaya uğrayır. Bu da məhsuldarlığa təsir edir.

Ekspert həm də məhsulun satış bazarlarındakı problemlərə diqqət çəkir: “Fermer məhsuldarlıq az, maya dəyəri yüksək olduğu üçün çalışır ki, onu nisbətən baha qiymətə satıb qazanc əldə etsin. Amma bu mümkün olmur, çünki kəndlilərdən məhsulu alan emal müəssisələri inhisarçı olduqları üçün qiymətləri onlar diqtə edirlər. Fermerlərin bazara çıxışları zəif olduğuna görə, məhsulu aşağı qiymətə satmaq məcburiyyətində qalırlar. Ona görə də bağları ləğv edib digər sahələrlə məşğul olmaq istəyirlər”.



Xəbərin oxunma sayı : 658




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap