“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Tarix 03.09.25, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


Avstraliya hökuməti Rusiyanın 14 vətəndaşına qarşı maliyyə sanksiyaları və səyahət məhdudiyyətləri tətbiq edib.

Bu barədə məlumat Avstraliya Xarici İşlər Nazirliyinin saytında yer alıb.  

Məlumata görə, Avstraliya həmin şəxslərin Rusiyada siyasi müxalifətin qarşısının alınmasında, eləcə də Ukraynadakı müharibəyə yardımda iştirak etdiyini hesab edir.

Qeyd olunub ki, sanksiyalar Avstraliyanın XİN rəhbəri Penni Vonqun Rusiyada müxalifət liderlərindən biri, ötən ilin fevralında həbsxanada vəfat edən Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə görüşü ərəfəsində elan edilib. Görüşün bu gün keçirilməsi planlaşdırılır. 

“Sirena” teleqram kanalı isə sanksiya siyahısında yer alan şəxslərin adlarını açıqlayıb. Bildirilib ki, həmin siyahıda Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan biznesmen İlham Rəhimov, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, Moskva merinin müavini Maksim Liksutovun da adı var.

Onu da qeyd edək ki, bu gün Böyük Britaniya da Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Britaniyanın siyahısında isə Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Ayman Kadırova, eləcə də bir neçə gənclər təşkilatları yer alıb. (Qafqazinfo)


   





Xəbərin oxunma sayı : 907




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap