“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Türkiyə Bakıda bu suallara cavab axtarır - “Hakan Fidanın müavini ona görə gəlmişdi ki...”

Tarix 29.10.25, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyənin xarici işlər naziri Hakan Fidanın müavini Ayşe Berris Ekincini Bakıya göndərməsi səbəbsiz deyil. “Şuşa bəyannaməsindən” irəli gələrək iki dövlət arasında məsləhətləşmələrə ehtiyac var”.

AzFakt.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

Ekspert bir neçə məqama diqqət çəkir: “Birincisi, Azərbaycanla Ermənistan arasında dialoq getdikcə genişlənib, tranzit yüklər Azərbaycandan keçməklə Ermənistana çatdırılacaq. Baş nazir Nikol Paşinyan da öz növbəsində Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən yükləri daşımağı təklif edib. Deməli, bu mövzu Bakı ilə Ankara arasında müzakirə olunmalı, birgə addımlar atılmalıdır.

İkincisi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitinə dəvət etdiklərini bildirib. Bu dəvətə necə cavab veriləcəyinə də Bakı və Ankara birgə qərar verməlidirlər”.

E.Şahinoğlu sual edir: “Bunların fonunda Türkiyə Ermənistanla sərhədi açacaqmı və bu ölkə ilə diplomatik münasibətləri bərpa edəcəkmi, yoxsa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyəcək?”

Açıklama yok.

Onun sözlərinə görə, Bakı bu sualın cavabını da Ankaradan eşitmək istəyər: “Türkiyə xarici işlər nazirinin müavininin Bakıda müzakirə edəcəyi digər mövzu Qəzza ilə əlaqəli ola bilər. İsrail hökuməti Türkiyə hərbçilərinin Qəzzada beynəlxalq qüvvələrin tərkibində olmasının əleyhinədir, Azərbaycan hərbçilərinə isə yaşıl işıq yandırmağa hazırdır. Bu Türkiyə üçün məqbuldurmu? Bu sual ətrafında da Ankara ilə Bakı arasında müzakirələr aparıla bilər. Prezident İlham Əliyev beynəlxalq konfransların birində üzünü Ermənistanın keçmiş Prezidenti Serj Sərkisyana tutaraq “Türkiyə burada yoxdur, ona görə belə danışırsız, amma mən burdayam və Sizin cavabınızı verəcəm” şəklində açıqlama vermişdi. İndi Qəzzada Türkiyə hərbçilərinin iştirakı mümkün olmasa, Azərbaycan hərbçiləri sülhün qorunması və sabitlik üçün əllərindən gələnə edəcəklər. Ankara Bakı ilə Moskva arasında normallaşmanın nə yerdə olmasıyla da maraqlana bilər”.

Politoloq vurğulayır ki, Türkiyə xarici işlər nazirinin müavininin Bakıya səfərində müzakirə ediləcək kifayət qədər mövzu var. O, hesab edir ki, nazir müavini geri qayıtdıqdan sonra Bakıdakı müzakirələr haqqında nazirinə geniş hesabat hazırlayacaq.



Xəbərin oxunma sayı : 1465




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap