“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Avropa müəyyən zəmanətlər şərti ilə Rusiya ilə dialoqa hazırdır“ - Kallas

Tarix 15.02.26, 13:42

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Rusiya ilə dialoqa hazırdır, lakin bu, yalnız gələcəkdə hər hansı hərbi münaqişələrin qarşısını almaq üçün dəqiq şərtlər və əldə olunmuş razılaşmalara əməl olunacağına dair təminatlar çərçivəsində mümkündür.

"Report" xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ERR-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa Moskva ilə dialoqa hazır olmalıdır, lakin eyni zamanda təcavüzün təkrarlanmaması üçün aydın məsuliyyət mexanizmlərini təmin etmək vacibdir: "İlk növbədə, Rusiya ilə danışıqların mövzusu razılaşdırılmalıdır. İndiki sülh danışıqları Ukraynanın güzəştlərinə yönəlib. Ukraynanın daha nəyisə vəd edə biləcəyinə fokuslanılır, lakin bu zaman müharibənin səbəbi gözardı edilir: Rusiyanın heç bir səbəb olmadan qonşu ölkəyə hücum etməsi faktı. Bunun təkrarlanmaması üçün nə etməliyik? Gələcəkdə müharibənin qarşısını almaq üçün Rusiyadan aydın vədlər alınmalıdır. Həmçinin məsuliyyət məsələsi son dərəcə vacib olaraq qalır".

Kallas qeyd edib ki, o, Avropa diplomatiyasının rəhbəri kimi müvafiq mandat veriləcəyi təqdirdə Rusiya ilə danışıqlara hazırdır.

"Fikrimcə, Rusiyanın müharibəni dayandırmaq istəmədiyini nəzərə almaq vacibdir", - deyə o vurğulayıb.



Xəbərin oxunma sayı : 487




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap