“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Tanışının çiyninə toxunduğuna görə öldürüldü - Mərhumun anasından ilginc ifadə

Tarix 04.03.26, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda xuliqanlıq zəminində qətl törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Turan Əliyevin anası Şəfəq Əliyeva ifadə verib.

O deyib ki, hadisədən bir müddət əvvəl oğlu ilə birlikdə çörək almağa gedərkən məhəllədə mübahisə düşüb:

"Yolda bir nəfər oğlumun çiyninə dəydi və aralarında mübahisə yarandı. Oğlum həmin şəxsi sakitləsdirərək mübahisədən yayındı. Mən Turanı kənara çəkdim və evə qayıtdıq. Bir neçə gün sonra kiçik oğlum dedi ki, məsələ böyüyüb, Turanın üstünə adam göndərmək istəyirlər. Martın 8-də oğlum siqaret almaq üçün evdən çıxdı. Təxminən yarım saat sonra kürəkənim qızıma zəng edərək Turanın bıçaqlandığını bildirdi. Hadisə yerinə qaçdıq. Oradan qışqırıq səsləri gəlirdi. Afiqi gördüm, əlində üzərində qan izləri olan bıçaq var idi. Mənə dedi ki, get, oğluna bax. Natiq isə aqressiv şəkildə üzərimə gəldi və "oğlun elə ölməyə layiq idi" dedi".

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin olunub.

Xatırladaq ki, ötən il Bakı şəhəri ərazisində Afiq Hacıəliyev mübahisə zəminində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək onu öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub.

A.Hacıəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), N.İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 394




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap