“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sabiq rəisin məhkəməsi - 143 milyon manatlıq mənimsəmə

Tarix 04.03.26, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olmuş Vüsal Möhübbət oğlu Məmmədlinin barəsində DTX-də aparılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi, növbəti proseslərin qapalı keçirilməsi barədə qərar qəbul edilib.

Növbəti iclas martın 11-nə təyin edilib.

Qeyd edək ki, Vüsal Məmmədli Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinin DTX-də aparılan cinayət işi çərçivəsində əvvəlcə şahid qismində tanınıb. Belə ki, Vüsal Məmmədli Müdafiə Nazirliyində 143 milyon manat mənimsəmə işi üzrə həbs edilən nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan cinayət işi üzrə şahid qismində ifadə verib.

O, həmin cinayət işi üzrə keçirilən məhkəmə prosesində ifadə verən zaman müxtəlif vaxtlarda Müdafiə Nazirliyinin üç hərbi hissəsində Maliyyə xidmətinin rəisi vəzifəsində işlədiyini söyləmişdi.

Proseslər zamanı bildirilmişdi ki, Vüsal Məmmədlinin Maliyyə xidmətinin rəisi olduğu hərbi hissələrdə ümumilikdə 1 milyon 500 min manata yaxın mənimsəmə faktı müəyyən edilib.

İstintaq onun hərbi hissəyə ayrılan maliyyə vəsaitlərini mənimsədiyini müəyyən edib.

Əvvəlcə ona ziyanın ödənilməsi üçün vaxt verilsə də, V.Məmmədli dəymiş ziyanı ödəməyib.

Buna görə də DTX tərəfindən ona AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə törətmə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 403




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap