“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Tramp İranın yeni liderindən danışdı: “Uzun müddət hakimiyyətdə qala bilməyəcək“

Tarix 09.03.26, 12:59

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp bildirib ki, İranda yeni lider ABŞ-ın razılığını almadan hakimiyyətdə uzun müddət qala bilməyəcək. 

Bu barədə Tramp "ABC News” telekanalına verdiyi müsahibədə danışıb.

"Onun bizim tərəfimizdən təsdiq alması lazım olacaq. Əgər bizdən təsdiq almasa, uzun müddət hakimiyyətdə qala bilməz. Biz əmin olmaq istəyirik ki, hər 10 ildən bir bu məsələyə qayıtmalı olmayaq. Bir gün mən prezident olmayacam və kimsə bu addımı atmaya bilər. İstəmirəm ki, beş ildən sonra yenidən eyni vəziyyət yaransın və ya daha pisi - onlara nüvə silahı əldə etməyə icazə verilsin", deyə Tramp bildirib.

Jurnalistlər ABŞ prezidentindən köhnə rejimlə əlaqələri olan bir şəxsi təsdiqləməyə hazır olub-olmadığını soruşduqda, o müsbət cavab verib: "Bəli, yaxşı lider seçmək üçün bunu edə bilərəm. Bu vəzifəyə uyğun ola biləcək çox insan var".

Tramp bu müharibəni əsaslandırarkən bildirib ki, İran bütün Yaxın Şərqi nəzarət altına almağı planlaşdırırdı və ABŞ bu planın qarşısını alıb: "Onlar kağız üzərində güclü görünən bir qüvvədir. Bir həftə əvvəl isə belə görünmürdülər. Onlar hücuma hazırlaşırdılar. Planları bütün Yaxın Şərqə hücum etmək və regionu ələ keçirmək idi".

O, həmçinin İranın zənginləşdirilmiş uranını ələ keçirmək üçün xüsusi təyinatlı qüvvələrin göndərilməsi ehtimalını da istisna etməyib: "Bütün variantlar masadadır".

ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi isə ötən həftə jurnalistlərə bildirib ki, İranın artıq 10 gün və ya daha az müddətdə silah səviyyəli material əldə etmək üçün kifayət qədər uran ehtiyatı var.

Onun sözlərinə görə, bu uranın böyük hissəsi bombardman edilən obyektlərdə - Natanz, İsfahan və Fordoda saxlanılır.

"Teorik olaraq, əgər biz həmin ərazilərə fiziki nəzarət etsək, oraya mütəxəssislərimizi göndərərək uranı yerindəcə zəiflədə bilərik", deyə rəsmi bildirib.

Qeyd edək ki, İran İslam Respublikasının Ekspertlər Şurası sabiq Ali lider Əli Xameneinin oğlu Müctəba Xameneini İslam Respublikasının yeni Ali rəhbəri seçib.



Xəbərin oxunma sayı : 295




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap