Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sabiq deputatın evi uğrunda savaş: Ögey bacı mülkü böldürdü

Tarix 18.03.26, 19:46

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sabiq deputata verilən mənzil qalmaqala səbəb olub.

Bu barədə Oxu.Az-a açıqlamasında keçmiş deputat, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi olmuş Mirhüseyn Seyidovun qızı Arzu Seyidzadə bildirib.

O qeyd edib ki, atası M.Seyidov 1984-1988-ci illərdə Neftçala rayonundan deputat seçilib və ev növbəsinə götürülüb. 1988-ci ildə M.Seyidov ailəsindən ayrılıb və Leyla Seyidova ilə evlənib. Bu, Leyla Seyidovanın da ikinci evliliyi olub. L.Seyidovanın ilk evliliyindən bir qızı olsa da, ailə quranda həmin övladı atasının himayəsində qalıb.

1989-cu ildə M.Seyidov Bakıda mənzillə təmin edilib və ev M.Seyidovun həyat yoldaşı Leyla Seyidovanın adına rəsmiləşdirilib. Cütlüyün birgə nikahından Arzu Seyidzadə dünyaya gəlib.

M.Seyidov deputatlıqdan sonra Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi olub. 1997-ci ildə o, dünyasını dəyişib və Arzu Seyidzadə anası Leyla xanımla birlikdə yaşayıb.

2020-ci ildə Leyla Seyidova koronavirusa yoluxub və onun həyatını xilas etmək mümkün olmayıb. Bundan sonra mənzil notarial qaydada qızı Arzunun adına rəsmiləşdirilib.

Qadının dünyasını dəyişdiyini öyrənən mərhum Leyla Seyidovanın birinci həyat yoldaşından olan qızı Səbinə Babahüseyn qızı Dadaşova məlumat alıb ki, mənzil anasının adında olub. O, həmin mülkə payçı hüququ əldə etmək qərarına gəlib və bu barədə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Mənzilin M.Seyidova verilməsinə baxmayaraq, qadının birinci ərindən olan qızı əmlakı mübahisələndirib. Üç ilə yaxın davam edən məhkəmə prosesindən sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev tərəflər arasında bölünüb və Səbinə Dadaşova mənzildə payçı hüququ kimi tanınıb.

Arzu Seyidzadə qərardan şikayətlər versə də, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

A.Seyidova iddia edir ki, məhkəmə prosesi ərəfəsində daha bir dələduzluq faktı ilə üzləşib. O, məhkəmə istintaqı dövründə özünə vəkil tutmaq üçün axtarışa başlayıb. Bu vaxt o, Bakıda İzzət Mövlayev adlı hüquqşünasla tanış olub. İ.Mövlayev əvvəlcə özünü A.Seyidzadəyə vəkil kimi təqdim etsə də, sonradan məlum olub ki, həmin şəxs Azərbaycan Vəkillər Kollegiyasının üzvü deyil və buna görə də məhkəmə proseslərində iştirak etmək hüququ yoxdur.

İ.Mövlayev bildirib ki, tanış vəkilləri vasitəsi ilə A.Seyidzadənin hüquqlarını müdafiə edəcək və onun xeyrinə qərar çıxarmağa nail olacaq. Şikayətçinin dediyinə görə, bu məqsədlə İ.Mövlayev ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 20 min manat alıb. Amma məhkəmə proseslərində onun hüquqları lazımi səviyyədə müdafiə olunmadığından A.Seyidzadənin şikayətləri təmin edilməyib. Məhkəmə mənzilin bölünməsi iddiasını təmin edib.

A.Seyidzadə bildirir ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və dələduzluğa məruz qaldığını bildirib:

"Lakin bu günə qədər Mövlayev nə pulumu qaytarır, nə də məsuliyyətə cəlb olunur. Bir neçə aydır fakt araşdırılır, amma hələ də cinayət işi başlanılmayıb. İzzət Mövlayev isə pulu qaytarmaq istəmir. O, cinayət məsuliyyətinə cəlb olunsa, mənə dəymiş ziyan da ödənilər".



Xəbərin oxunma sayı : 196




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap