| |
|
“Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi - Hərbi böhran İranı qonşularla da sınadı
Tarix 26.03.26, 18:55 |
|
İranın nüvə proqramı ətrafında yaranmış gərginlik bu il fevralın 28-də ABŞ və İsrail tərəfindən İslam Respublikasına kütləvi hava zərbələrinin endirilməsi ilə nəticələndi. Təbii ki, yaxın qonşuluqda baş verən hadisələr Azərbaycanın da narahatlığına səbəb oldu. Rəsmi Bakı prosesi diqqətlə izlədiyini bildirdi və narahatlığını ifadə etdi.
AzFakt.com Report-a istinadən xəbər verir ki, hərbi gərginliyin ilk günündə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq bəyan etdi ki, baş verən eskalasiya həm regional, həm də qlobal təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycan tərəfləri gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və dialoq masasına qayıtmağa çağırdı.
Hava zərbələrinin növbəti günü Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı məktubu göndərdi. Məktubda İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin “faciəli ölümü” ilə bağlı kədər ifadə olunub. Daha sonra Prezident İ.Əliyev bu ölkənin Azərbaycandakı səfirliyinə baş çəkərək orada İran dövlətinə başsağlığı verdi.
Xronoloji ardıcıllıqla göstərdiyimiz bu hadisələr bir daha sübut etdi ki, Azərbaycanın İran ətrafında baş verənlərə münasibəti neytrallıq və qonşuluq praqmatizmi, suverenliyə hörmət üzərində qurulub. XİN-in bəyanatı isə Azərbaycanın münaqişədə tərəf tutmaqdan qəti şəkildə imtina etdiyini göstərir. Rəsmi Bakı bilir ki, qonşuluqda İran kimi böyük bir dövlətin hərbi, iqtisadi, eləcə də humanitar böhran yaşaması region üçün təhlükədir və bunun fəsadları Azərbaycana da toxuna bilər. Ona görə də bu reaksiya və bəyanatlara həm də milli maraqların qorunması aspektindən baxılmalıdır.
.jpg)
İrana endirilən hava zərbələri fonunda Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərən ilk dövlət oldu. Bu, sadəcə xeyriyyəçilik aktı yox, həm də dərindən düşünülüb-hesablanmış strateji addım, diplomatik gedişdir. Azərbaycan yuxarıda vurğulanan bəyanat və açıqlamaların yalnız sözdə olmadığını, müstəqil xarici siyasət yürütdüyünü, heç bir hərbi bloka qoşulmadığını əməldə də göstərmiş oldu. Eyni zamanda, bu yanaşma həm də dünyaya “Mən qonşuluqda baş verən yanğını söndürən tərəfəm” mesajı sayılmalıdır. Digər tərəfdən, rəsmi Bakının bu addımı Azərbaycanın regionda tək iqtisadi yox, o cümlədən mənəvi və siyasi sabitləşdirici rolunu da ortaya qoymuş oldu.
Qeyd etmək yerinə düşər ki, beynəlxalq münasibətlər sistemində ilk yardımı göstərən ölkə həmişə gündəmi də müəyyənləşdirir. Azərbaycan bununla mesaj ötürür ki, regiondakı prosesləri kənardan izləmir, hadisələrin mərkəzindədir və humanitar böhranlara qarşı səyləri birləşdirməyə hazırdır. Azərbaycanın bu cəsarətli addımı digər regional oyunçular üçün də bir yol xəritəsi oldu və gərginliyin “total müharibə” fazasından çıxarılmasına psixoloji təsir göstərdi.
İranla münasibətlərdə son illərdə yaşanan müəyyən diplomatik soyuqluğa baxmayaraq, göndərilən yardım karvanları Bakının “realist qonşuluq” modelini təsdiqlədi. Bununla rəsmi Bakı həm də sübut etdi ki, humanitar şəraitin həssas dönəmlərində dövlətlər arasında olan fikir ayrılıqları kənara qoyulmalıdır. Əlavə edək ki, 18 mart tarixində Prezident İlham Əliyevin göstərişi ilə İrana ikinci humanitar yardımın göndərilməsi ölkə rəhbərinin bu məsələyə xüsusi önəm verdiyini təsdiqləyir. Yəni Azərbaycanın yardımı simvolik jest deyil və həqiqətən də real ehtiyacları qarşılamaq məqsədini güdür. Bununla yanaşı, müharibə və hava hücumları şəraitində yardım karvanlarını təşkil edib mənzil başına çatdırmaq Azərbaycanın fövqəladə halların idarə edilməsi və logistik imkanlarının yüksək səviyyədə olduğunu göstərdi.
Rəsmi Bakının bu yanaşması həm də yerləşdiyi geosiyasi mövqedən yalnız bölgənin rifahı üçün istifadə etməyə çalışdığı faktını qabardıb. Məhz bu siyasətin sayəsində mart ayında Rusiya da Azərbaycan ərazisindən İrana üç dəfə humanitar yardım göndərib.
.jpg)
Baş verənlər həmçinin Azərbaycanın müstəqil xarici siyasətinin növbəti təzahürüdür. Yəni Azərbaycan öz ərazisini humanitar yardımlar üçün “açıq dəhliz” elan edərək göstərir ki, sadəcə enerji və yük daşımaları üçün tranzit nöqtəsi deyil, həm də regional təhlükəsizlik və humanitar həmrəylik üçün də əvəzolunmaz bir körpü rolunu oynayır. Bu zaman ABŞ və İsraillə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri də Azərbaycanın Rusiya və İranla qonşuluq siyasətinə mane olmur.
Əlavə edək ki, bu addımı ilə Bakı həm Qərbin, həm də regionun hərbi bloklarının qarşısında öz suverenliyini və neytrallığını qorumaqla bütün dünyaya “hərbi əməliyyatların tərəfdarı olmadığını, lakin sülhün bərpası, insan həyatının xilası üçün bütün imkanlarını səfərbər etdiyi” mesajını çatdırır. Beləliklə, Azərbaycan logistik imkanlarını mənəvi-siyasi üstünlüklə birləşdirərək, öz təhlükəsizlik buferini yaratdı və regionun xaosa sürüklənməsinin qarşısını alan əsas moderatorlardan birinə çevrildi.
Əlavə olaraq söyləmək lazımdır ki, Azərbaycanın bu addımları uzun müddət Bakı-Tehran münasibətlərinə xələl vurmaq istəyən bir sıra qüvvələrə də sərt sillə kimi dəydi. Məsələn, İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhani, iranlı ekspert Ehsan Movahedian kimi fiqurların uzun müddət Azərbaycana, İranla birgə layihələrə, Zəngəzur dəhlizinə qarşı apardıqları qarayaxma kampaniyası, Azərbaycanı regional təhdid, “sionizm qalası” kimi təqdimatları tamamilə alt-üst oldu. Sübhani kimilərin saxta və çürük “Azərbaycan öz ərazisini İrana qarşı hərbi plasdarm olaraq istifadə edilməsinə imkan verir” məzmunlu boş tezisləri iflasa uğradı.
.jpg)
İranın Ermənistandakı keçmiş səfirindən söz düşmüşkən, maraqlıdır ki, başqa vaxt bu ölkəni özünün dostu və strateji müttəfiqi adlandıran Ermənistan özünün “dost səmimiyyəti”ni bu gün nümayiş etdirməkdən açıq-aşkar çəkinir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin İrana yardım göndərdiyini desə də, bunu gizli saxlamağa çalışması, əslində, bir dövlətin siyasi iradəsinin zəifliyindən və beynəlxalq mərkəzlərdən asılı olmağından xəbər verir.
Digər tərəfdən, Azərbaycanın nümayiş etdirdiyi mövqe tamamilə fərqli dövlətçilik məktəbinin təzahürüdür. İranın Ali Rəhbərinin öldürülməsindən sonra ilk olaraq bu ölkənin səfirliyinə gedən və başsağlığı verən liderin məhz Prezident İlham Əliyev olması sadəcə diplomatik protokol deyil, həm də ciddi örnək sayılacaq cəsarət nümunəsidir. Azərbaycan bu addımı ilə dünyaya bəyan etdi ki, bizim qonşumuzla olan münasibətimiz üçüncü tərəflərin maraqlarından və ya qlobal güclərin yanaşmasından asılı deyil. Bu, suverenliyin və real qonşuluq hüququnun ən ali formasıdır.
Eyni addımı biz nə Ermənistan rəhbərliyindən, nə də o ölkənin hər hansı rəsmi şəxslərindən gördük. Baş nazir Paşinyan və Ermənistan prezidentinin Xameneinin ölümünə görə başsağlığı verməməsi isə bir daha sübut edir ki, İrəvan-Tehran münasibətləri səmimi deyil, İran uzun illər əbəs yerə Ermənistan üçün nəfəslik rolunu oynayıb. Əvəzində isə bu gün başsağlığı məsələsində sükut və gizli yardımla bağlı Mirzoyanın bəyanatına “nail olub”.
.jpg)
Uzun illər özünü İranın dostu kimi təqdim edən dövlətlərin səssiz qaldığı bir dövrdə ilk addımın Azərbaycandan gəlməsi “dost dar gündə tanınar” və “tarix ən böyük hakimdir” fikirlərinin bariz sübutudur. Bu, sadəcə bir humanitar dəstək deyil, həm də illərdir aparılan qara piar kampaniyasına verilən ən tutarlı cavab oldu. Baş verənlər göstərdi ki, bu gün İran üçün ən etibarı, ən təhlükəsiz və şəffaf, ən stabil sərhəd məhz Azərbaycanla olan sərhəddir.
Bu, həm də artıq yeni bir etimad xəritəsinin yaranacağından xəbər verir. Böhran zamanı daha güclü, etibarlı, sadiq dost və qonşu kimi Azərbaycan ön plana çıxdı. Ermənistan isə qorxaq sükut və açıqlamadığı “gizli yardım”la yadda qaldı. Ehtimal etmək olar ki, rəsmi Tehran növbəti mərhələdə dost və tərəfdaşlarını yenidən qiymətləndirərkən bu məqamları nəzərə alacaq...
Xəbərin oxunma sayı : 1534
Analiz
Xəbərlər
-
“ABŞ memorandumun iki bəndini pozub” - Möhsün Rzayi
-
Venesuelada xəstəxanalarda dərman çatmır: Zəlzələ qurbanları dəhlizlərdə müalicə olunur
-
Daha bir legioner “Qarabağ“dan getdi - Bu kluba keçdi
-
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi - FOTOLAR
-
244 nömrəli məktəbdə qalmaqal: İki məktəb, bir direktor, bitməyən iddialar
-
Dörd günlük güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Nəsimi rayonunda qanunsuzluq - Binanın damında mənzil tikilərək satışa çıxarıldı (VİDEO)
-
Yağış yağacaq, şimşək çaxacaq - Bazar gününün HAVASI
-
Almaniyadan soyqırıma görə təzminat tələb edirlər - 122 il əvvəl nə baş verib?
-
Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar
-
Venesuelada ölənlərin sayı 900-ü keçdi - 50 mindən çox insan itkindir
-
Binəqədi M.Ə Rəsulzadə qəsəbəsində qanunsuz apartman obyekt inşa edilir? - FOTO
-
Azərbaycanın müasir enerji strategiyası: İdxaldan asılılığa son, ixracda yeni mərhələ
-
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda - Fotolar
-
28 komanda pley-offa vəsiqəni rəsmiləşdirdi - SİYAHI
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - AÇIQLAMA
-
İsrail Livanla razılaşma imzaladı - Qoşunlarını geri çəkir
-
Dörd ölkənin ərazisində yerləşir: Dünyanın ən uzun gölü hansıdır?
-
Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
-
İspaniya Uruqvayı məğlub etdi, Misir İranla heç-heçə qaldı - Gecənin nəticələri
-
SEPAH-dan ABŞ-a cavab - Yaxın Şərqdəki qüvvələrinə zərbələr endirdi
-
Gözəllik naminə sağlamlığınızı riskə atmayın: Turşu pilinqinin fəsadları
-
Ağcabədinin bu kəndi aylardır su problemi ilə üz-üzə qalıb - VİDEO
-
Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?
-
Bazarda qarpız və yemişin son qiyməti - VİDEO
-
“Avroviziya“ təmsilçilərimiz illər sonra belə barışıblar - “İndi hər şey gözəldir“
-
“Belə şey görməmişdim“ - Bakıda piyada keçidində utancverici mənzərə (VİDEO)
-
İsmayıllıda asma körpüdən istifadəyə görə ödəniş tələb edənlər kimlərdir? - VİDEO
-
Sakinlər liftin işləməməsi səbəbibdən evlərindən çıxa bilmirlər - VİDEO
-
Rusiyada vətəndaşlıq almaq xeyli bahalaşdı: Putin qanunu imzaladı
-
Saray-Novxanı-Pirşağı yolunda təmir işləri niyə dayanıb? - VİDEO
-
Azərbaycandakı bankların qaynar xətt nömrələri - Tam siyahı
-
“Bu, atəşkəs sazişimizin pozulmasıdır” - Donald Tramp
-
FIFA prezidentindən Messiyə mesaj: “Sən qeyri-mümkünü mümkün edirsən“
-
Almaniyada mənzillərin yalnız 6%-də kondisioner var - SƏBƏB?
-
Əhali isti yay günlərində niyə susuz qalıb? - “10 gündür yoxdur, olanda isə...“
-
Kanalda batan 23 yaşlı gəncin meyiti tapılıb təhvil verildi - VİDEO
-
“Volkswagen“də böhran: Şirkət minlərlə iş yerini ixtisar edir, zavodlarını bağlayır
-
Ağdamda maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
-
Bəhlul nə vaxt qayıdacaq? - “Qarabağ“dan açıqlama
-
Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı
-
Türkiyədə daha bir azərbaycanlı qadın tutuldu: Evlənmək adı ilə 800 min pul aldı
-
Ceyhun Bayramov Antonio Tayani ilə telefonda danışdı - Müzakirə
-
Prezidentin verdiyi general rütbələri hərbçilərə təqdim olundu - Fotolar
-
Ursula fon der Lyayen Azərbaycana gəlir - Tarix açıqlandı
-
Moskvada diplomatik skandal: Moldovanın səfiri Rusiya XİN-ə çağırıldı
-
Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb - VİDEO
-
İsraildən Türkiyəyə qarşı xəyanət addımı: Təl-Əviv qondarma “erməni soyqırımı“nı tanımağa hazırlaşır
-
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
-
Kür və Arazda sululuq artacaq: Subasma halları ola bilər
-
Moskvadan İrəvana sərt xəbərdarlıq: “Ermənistan iki ildir KTMT-yə olan borcunu ödəmir“
-
Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi
-
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi -DOSYE
-
Kafe və restoranlara axan pullar 5 ildə 4 milyardı ötdü - CƏDVƏL
-
Beyləqanda 26 İyun-Silahlı Qüvvələr Günü qeyd edildi - Fotolar
-
Zelenski kəşfiyyata və orduya o əmri verdi... - Xüsusi əməliyyat başlayır
-
Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
-
BDU-nun qarşısında piyada keçidi niyə yoxdur? - VİDEO
-
Məktəbəqədər təhsil sahəsində yeni maliyələşmə - VİDEO
-
İran Hörmüz boğazında gəmiyə hücum etdi - CNN
-
Bakıda hərbçilərin yürüşü keçirilib - FOTOLAR
-
Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
Hibrid və elektrik avtomobillərinin idxalında güzəşt olacaq? - Açıqlama
-
Paytaxt və bölgələrdə narkotik əməliyyatı - 9 nəfər saxlanıldı
-
Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
-
“Amerika ağ kəpənəyi” şimal-qərb bölgəsini “işğal edir” - VİDEO
-
Hövsanda kanalizasiya dənizə axıdılır? - VİDEO
-
Bakıda usta səhvi bina sakinlərini qazsız və susuz qoydu - VİDEO
-
Avropada rekord istilər - Yüzlərlə ölən var
-
Türkiyə DÇ-də son oyununda ABŞ-yə qalib gəldi - VİDEO
-
Binəqədidə içməli sudan pis qoxu gəlir - VİDEO
-
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
-
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Qarabağ“ tarixinin ən bahalı transferini etdi - Məbləğ açıqlandı
-
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olundu - FOTO
-
Dənizdə boğulmaların çoxalması suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO
-
Həkimlər rəhbərlikdən şikayət edə biləcək? - TƏBİB-dən YENİ mexanizm
-
“Mossad“ bu nazirə qarşı sui-qəsd planlayıbmış - Detallar
-
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
-
“Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb“ - Rubio
-
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı - Fikir mübadiləsi aparılıb
-
Makron rəsmən elan etdi: Fransa ordusu Rusiyaya məxsus “Deliver“ tankerini dənizdə ələ keçirdi
-
Dövlət reyestri, FHN Anar Mahmudovun əleyhinə çıxdı, xeyri olmadı - Eldar Mahmudovun oğlunu qalib elan etdilər
-
Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - Xəbərdarlıq
-
Sahibkarlıq subyektlərinə dəstək göstəriləcək - Baş nazirdən qərar
-
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hikmət Hacıyev
-
250 tələbənin məzun gecəsi baş tutmadı - 46 min manatlıq dələduzluq iddiası
-
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - Fotolar
-
Sabah bu yollar yürüşlərə görə müvəqqəti bağlanacaq - SİYAHI
-
Mərkəzi Gömrük Hospitalı ilə “PAŞA K“ arasında müqavilə - 400 minlik
-
General rütbəsi verilən hərbçilər kimdir? - FOTOLAR
-
Makronun müşaviri Bakıda - Hikmət Hacıyevlə görüş oldu
-
Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
Müdafiə Nazirliyinin 5 hərbçisinə general-mayor rütbəsi verildi - Sərəncam
-
Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi - Sərəncam
-
Bu publik hüquqi şəxslər əsasında büdcə təşkilatları yaradıldı - Fərman
-
Nazirlərin və yüksək rütbəli məmurların iyul ayı üzrə qəbul günləri - CƏDVƏL
-
Ermənistan parlamentinin sədri kim olacaq? - 3 namizəd var
-
Biri 700, digəri isə 624 bal toplayıb - Əkiz bacılardan yüksək nailiyyət
-
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək - İlham Əliyev təsdiqlədi
-
Torpaqların bölünməsinə əlavə məhdudiyyətlər tətbiq olunur - Yeni QANUN
-
“Maliyyə icarəsi haqqında“ qanun qüvvəyə mindi - Bu gündən
-
Daha bir münaqişə yenidən alovlana bilər - Asiyada gərginlik artır
-
Vicdanlı alıcı statusu hansı hallarda itirilir? - Ali Məhkəmədən izah
-
Sabahın havası: Yağış, şimşək və dolu gözlənilir
-
Dünyada elektrik enerjisinin ən baha və ən ucuz olduğu ölkələr açıqlandı - Siyahı
-
Avropada anomal istilər: Fransada 43,8°C qeydə alınıb, onlarla insan ölüb
-
Vilayət Eyvazov vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Aşura günü Azərbaycanda böyük aksiya - 38 ünvanda QAN verilir
-
Hövsanda əməliyyat: Dəniz sahilində külli miqdarda narkotik aşkarlandı (VİDEO)
-
5 ayda ən çox yığım edən sığorta şirkətləri - SİYAHI
-
Bu gün Azərbaycan xalqı öz Ali Baş Komandanı, Milli Ordusu ilə fəxr edir
-
Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir
-
Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu
-
Metroda hərəkət qrafiki dəyişir: İnterval nə qədər olacaq?
-
Braziliya futbolunda şok qalmaqal: Federasiya rəhbəri büdcəni sevgililərinə xərcləyib
-
“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - Tramp
-
Azərbaycanda general 10 il sonra azadlığa çıxdı - FOTO
TOP 10
ARXİV






