Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı - Bakıda qəribə hadisə

Tarix 08.04.26, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Səbail rayonunda yerləşən “Salon pub” restoranında dava-dalaş salan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü L.Lazarev barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.

İstintaq zamanı məlum olub ki, L.Lazarev restoranda nişanlısının Aydın (adlar şərtidir) adlı tanışı ilə dalaşıb.

Barəsində cinayət işi açılmış şəxs hadisəni belə təsvir edib:
Ətraflı
Ad - 00:14

“Özümü qismən təqsirli bilirəm. Nişanlım Svetlana ilə “Salon pub”da oturan zaman bizə mənim əvvəldən tanımadığım Aydın adlı şəxs yaxınlaşdı. Biz onunla tanış olduq. Bir az sonra məlum oldu ki, Aydın və nişanlım Svetlana əvvəllər tanış olublar. Söhbət əsnasında çox sərxoş olduğum üçün masanın üzərində yatıb qalmışam. Svetlananın səsinə oyandım və Aydının onu narahat etdiyini gördüm. Aydından masadan durub uzaqlaşmağını istədim, lakin o, məni təhqir etdi. Bu zaman Aydının üzünə bir zərbə vurdum və zərbədən yıxıldı. Özümə gəldikdən sonra Svetlana ilə Aydını apararaq əl-üzünü yuduq”.

Zərərçəkmiş şəxs bildirib ki, hadisə vaxtı burnundan xəsarət alıb.

Səbail Rayon Məhkəməsi L.Lazarevi xuliqanlıq əməlində təqsirli hesab edərək 3 min manat cərimə edib.

Faktla bağlı polis tərəfindən cinayət işi açılıb.



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap