Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“PAŞA Bank”ın Müşahidə Şurasına yeni sədr təyin olunub - DOSYE

Tarix 26.05.26, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


“PAŞA Bank”ın rəhbərliyində dəyişiklik baş verib.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, Məmmədov Şahin Çingiz oğlu bankın Müşahidə Şurasının sədri təyin edilib.

Bildirilib ki, o, bu vəzifədə Allahverdiyev Rövşən Şamil oğlunu əvəz edib.
Ş.Məmmədov bundan əvvəl bankın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərirdi.

Bundan əlavə, yeni təyinata əsasən, Səfərəli Nailə Nurəddin qızı bankın Müşahidə Şurasının yeni üzvü təyin olunub.

Qeyd edək ki, Məmmədov Şahin Çingiz oğlu 2009-cu ildə “PAŞA Bank”ın Maliyyə Departamentinin direktoru vəzifəsinə təyin olunub. 2011-ci ildə Baş Maliyyə İnzibatçısı (CFO) və İdarə Heyətinin üzvü vəzifələrini icra edib.
2013-cü ildə o, “PASHA Bank Georgia”nın İdarə Heyətinə daxil olub və biznesin inkişafı istiqamətinə kuratorluq edib. 2014-cü ilin iyul ayında isə “PAŞA Bank Gürcüstan”ın Baş icraçı direktoru və İdarə Heyətinin sədri təyin olunub.

2015-ci ilin mart ayından etibarən Şahin Məmmədov “PASHA Bank Türkiyə”nin İdarə Heyətinin üzvü olub. Bununla yanaşı, o, hazırda "Paşa Sığorta"da Direktorlar Şurasının üzvüdür.



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap