Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Bakıda məşhur bazar bağlandı: “Binə” və “Sədərək” isə…

Tarix 27.05.26, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


"Eurohome" tikinti bazarının fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yoxlama zamanı burada bir sıra nöqsanlar aşkar edib və nəticə obyektin fəaliyyəti dayandırılıb...

Xatırladaq ki, bir qədər əvvəl "EuroHome"un sahibinə məxsus olduğu bildirilən hoteldə yanğın hadisəsi baş vermişdi. Bu fonda yalnız bir obyektin fəaliyyətinin dayandırılması ictimai müzakirələrə səbəb olur. Məsələn, "Binə", "Sədərək", "8-ci km" bazarı və digər obyektlərdə vaxtaşırı baş verən yanğınların əsas səbəblərindən biri kimi texniki təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilir.

Belə olan halda niyə məhz "EuroHome" hədəfə çevrilib?

Məsələ ilə bağlı Globalinfo.az Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlik verilən qərarı belə əsaslandırıb:

"Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "EuroHome" tikinti materiallarının satışı bazarında Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış çıxarış əsasında keçirilən sonuncu yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunan pozuntuların insanların həyat və sağlamlığına, həmçinin dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunaraq, habelə sözügedən obyektdə sahibkarlıq fəaliyyətinin kütləvi təşkil olunduğunu və bu səbəbdən baş verən yanğınlar zamanı vətəndaşlara yüksək miqdarda maddi ziyan dəyməsi ehtimalını nəzərə alaraq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununun 28-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı Qərar qəbul edilib".

Açıqlamada bildirib ki, həmin obyektdə daha öncə keçirilən yoxlamalar zamanı analoji hallar müəyyən olunaraq, sözügedən pozuntuların aradan qaldırılması məqsədilə sahibkara kifayət qədər vaxt verilib:

"Müəyyən olunan vaxt çərçivəsində tədbirlər yerinə yetirilmədiyindən barəsində ən son zəruri tədbir olan məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı qərar qəbul edilib. Digər obyektlərlə münasibətdə isə yoxlamalar qanunvericiliklə müəyyən olunmuş dövriliklə həyata keçirilərək zəruri tədbirlərin görülməsi təmin olunur".



Xəbərin oxunma sayı : 367




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap