“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Nabiullina qayıtdı və xəbərdarlıq etdi - “Bu risk artıq reallaşır”

Tarix 20.06.26, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya iqtisadiyyatında inflyasiya riskləri əhəmiyyətli dərəcədə artıb.

Bunu barəsində istefa şayiələri gəzən Rusiya Mərkəzi Bankın sədri Elvira Nabiullina dünən keçirdiyi mətbuat konfransında deyib. Nabiullinanın Rusiya mediasında dərc edilən açıqlamasında deyilir ki, inflyasiya riski yanacaq qiymətlərinin artması, eləcə də bu il büdcə xərclərinin planlaşdırılandan xeyli yüksək olması ilə yaradılır.

"Bloomberg" agentliyinin məlumatına görə, Ukraynadakı müharibə üçün əlavə xərclər tələb olunacaq ki, bu da büdcədə nəzərdə tutulduğundan 4-5 trilyon rubl çox olacaq.

Nabiullina bildirib ki, “büdcə riski artıq reallaşır, lakin onun miqyası ilə bağlı qeyri-müəyyənlik qalır".

O əlavə edib ki, yanacaq qiymətlərinin kəskin artması iyun ayının inflyasiyasına təsir edəcək. Rosstat-ın məlumatına görə, pərakəndə satışda benzin qiymətləri ardıcıl iki həftədir ki, artır və ilin əvvəlindən bəri 6,6% yüksəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat artım deməkdir. Məlum məsələdir ki, benzinin bahalaşması Ukrayna ilə davam edən müharibə və Rusiya neft email zavodlarına endirilən zərbələrlə bağlıdır.

Nabiullinanın sözlərinə görə, "benzin qiymətlərinin artması inflyasiya gözləntilərinə də təsir göstərir, çünki bu, həm fərdlər, həm də şirkətlər üçün kifayət qədər həssas bir məhsuldur".

Əlavə edək ki, son zamanlar Nabiullina ictimaiyyət arasına çıxmırdı və onun tutduğu vəzifədən istefa vermək istədiyi barədə məlumatlar yayılırdı.



Xəbərin oxunma sayı : 292




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap