“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Avropanın ABŞ-dan asılılığı azalır, Türkiyənin NATO-dakı rolu artır - “Bloomberg“

Tarix 02.07.26, 18:05

Font ölçüsü : - / +
bitmap-img6


Avropa dövlətlərinin ABŞ-ın hərbi yardımından asılılığı minimuma endirmək və öz müdafiə imkanlarını artırmaq cəhdləri fonunda Türkiyənin NATO daxilindəki nüfuzu artır.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşrin təhlilinə görə, Ankara öz hərbi-sənaye kompleksinin inkişafı və silah ixracının çoxalması sayəsində alyansın getdikcə daha vacib üzvünə çevrilməkdədir.

Türkiyə müəssisələri NATO üzrə müttəfiqlərinə pilotsuz uçuş aparatları, zirehli maşınlar, gəmilər, təlim-döyüş təyyarələri və radioelektron mübarizə sistemləri daxil olmaqla geniş çeşiddə məhsullar təqdim edir. "Bloomberg"in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn NATO sammitindən ölkəsinin təşkilatdakı mövqeyini daha da gücləndirmək üçün istifadə etməyi planlaşdırır.

Agentliyin məlumatına əsasən, Ankara müttəfiqlər arasında müdafiə xərclərinin daha ədalətli bölünməsinə nail olmaq və hərbi təyinatlı məhsulların ticarətinə qoyulan məhdudiyyətlərin ləğv edilməsini gözləyir.

"Bloomberg" vurğulayır ki, 2024-cü ildə Türkiyənin müdafiə sənayesi ixracatının təxminən 56%-i ABŞ, Avropa dövlətləri və digər NATO müttəfiqlərinin payına düşüb. 2020-ci ildən etibarən Türkiyə hərbi-sənaye kompleksinin xarici satışlarının həcmi dörd dəfə artaraq illik təqribən 10 milyard dollara çatıb.

Yazıda vurğulanır ki, Türkiyənin rolunun güclənməsi, ABŞ-nin regiondakı hərbi iştirakının azalması və Ukraynada davam edən münaqişə səbəbindən Avropa ölkələrinin təhlükəsizlik yanaşmalarına yenidən baxması fonunda baş verir.– Fərman



Xəbərin oxunma sayı : 529




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap