“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Közərmə lampalarının dövriyyədən çıxarılması prosesi davam edir - VİDEO

Tarix 02.07.26, 22:12

Font ölçüsü : - / +
bitmap-img6


Közərmə lampalarının dövriyyədən mərhələli çıxarılması prosesi davam edir.

Xezerxeber.az-ın məlumata görə, əvvəl 60 vatt və daha yuxarı gücə malik lampalar qadağan dairəsinə düşmüşdüsə, indi məhdudiyyət daha aşağı güclü adi işıqlandırma lampalarına da şamil edilir. Qanunvericiliyə əsasən, 25 vatt daxil olmaqla 60 vatta qədər gücə malik közərmə lampalarının idxalı, istehsalı və satışı artıq mümkün deyil. Qadağa məişətdə və obyektlərdə işıqlandırma məqsədilə istifadə olunan adi lampalara aiddir. Xüsusi texnoloji və istehsalat təyinatlı lampalar isə istisnadır.

Ekspertlər bildirirlər ki, bu dəyişiklik ilk mərhələdə alıcılar üçün sadəcə məhsul seçimi kimi görünsə də, uzunmüddətli dövrdə kommunal xərclərə təsirsiz qalmayacaq.

Enerji mütəxəssisi Orxan Kərimzadə deyir ki, bu fərq xüsusilə çoxsaylı işıqlandırma nöqtəsi olan mənzillərdə, mağazalarda, ofislərdə və xidmət obyektlərində daha tez hiss oluna bilər. Çünki belə məkanlarda lampalar gün ərzində daha uzun müddət işləyir. Közərmə lampalarının mərhələli şəkildə bazardan çıxarılması təkcə fərdi istehlakçının seçimini dəyişmir. Bu, ümumi enerji sistemində yüklənmənin azalmasına və daha səmərəli texnologiyaların yayılmasına da hesablanıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qadağan olunan közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə həmin məhsullar müsadirə edilir. Bu halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimələnir. Eyni hal bir il ərzində təkrarlandıqda cərimə vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün isə 4000 manatdan 5000 manatadək artır.



Xəbərin oxunma sayı : 823




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap