Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Putin ərazi tələblərini artırdı: Bu yerlər tutulana qədər sülh danışıqları təxirə salınır

Tarix 22.07.26, 13:43

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşma çərçivəsində işğal olunmuş ərazilərin bir hissəsini artıq Ukraynaya qaytarmaq niyyətində deyil. 

Bu barədə "Bloomberg" agentliyi Kremlə yaxın mənbələrə istinadən bildirir.

Əvəzində isə işğal olunmuş Sumı və Xarkov vilayətlərinin müəyyən hissələrini bufer zonası kimi saxlamağı planlaşdırır. Putin hələ də bütün Donbası ələ keçirmək niyyətindədir və hesab edir ki, danışıqlar yalnız bu məqsədə çatdıqdan sonra bərpa oluna bilər.

Mənbələrdən biri dəqiqləşdirib ki, Müdafiə Nazirliyi prezidentə Donetsk vilayətinin qalan hissəsi üzərində tam nəzarəti 2026-cı ilin sonunadək təmin edəcəyinə söz verib. Lakin Rusiya hərbi idarəsinə yaxın başqa bir şəxs bu müddəti həddindən artıq optimist adlandırıb və bir çox hərbçilərin əməliyyatın yalnız 2027-ci ildə başa çatmasını daha real hesab etdiyini bildirib.

Məlumata görə, Putin 2025-ci ilin avqustunda Alyaska sammitində Trampla əldə olunmuş qeyri-rəsmi razılaşmaların artıq qüvvədə olmadığını düşündükdən sonra əvvəlki ərazi mübadiləsi ideyasından imtina edib. Rusiya tərəfi iddia edirdi ki, Ukrayna Sumı və Xarkov vilayətlərinin işğal olunmuş rayonlarının qaytarılması müqabilində Donbasdan imtina etməli idi. Vaşinqtonda isə belə bir razılaşmanın mövcudluğu təkzib olunurdu.

Kremlin mövqeyinin sərtləşməsinə əlavə faktor kimi Trampın Rusiya nefti və qazının ən böyük beş alıcısına 100%-dək gömrük rüsumlarının tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləmək qərarı təsir göstərib. Mənbələr əlavə edib ki, Ukraynanın yanacaq böhranına səbəb olan Rusiya neftayırma zavodlarına endirdiyi zərbələr də bu mövqeyə təsirsiz qalmayıb.



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap