Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Epşteynlə əlaqəli model agenti evində ölü tapıldı - Fransada

Tarix 22.07.26, 17:58

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-də yetkinlik yaşına çatmayan qızları hədəf alan şəbəkə qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə əlaqədə şübhəli bilinən model agenti və fotoqrafı Daniel Siad Fransadakı evində ölü tapılıb.

“Qafqazinfo” BFMTV telekanalına istinadən xəbər verir ki, 69 yaşlı Siadın ölüm səbəbi məlum deyil.

Məlumata görə, o, Epşteyn üçün cinsi istismar məqsədilə qızların seçilməsində şübhəli bilinir. Bildirilib ki, Siadın adına Epşteyn sənədlərində 2000 dəfədən çox rast gəlinib.

Həmçinin Epşteynin qurbanı olan bir qadın onu amerikalı maliyyəçi ilə məhz Siadın tanış etdiyini deyib. 

Müəmmalı ölüm faktı ilə bağlı istintaq başladılıb.

Qeyd edək ki, C.Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbsxana kamerasında ölü tapılıb. O, yetkinlik yaşına çatmayan onlarla qıza qarşı cinsi istismar və insan alveri şəbəkəsi yaratmaqda ittiham olunmuşdu. İş üzrə aparılan araşdırmalar illərdir geniş ictimai və siyasi rezonans doğurmaqda davam edir.



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap