Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Futbola görə metronun iş rejimi dəyişdirilir - 2 günlük

Tarix 22.07.26, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


"Neftçi” və "Qarabağ” futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. 

AzFakt.com xəbər verir ki, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri iyulun 22-də "Neftçi” - "Dinamo” (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən "Xalqlar dostluğu” stansiyasında tətbiq ediləcək. Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.

İyulun 23-də isə "Qarabağ” - ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı "Gənclik”, o cümlədən "28 May” və "Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.

Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq. 

Hər iki oyun başa çatdıqdan sonra zərurət yaranarsa, metropolitenin digər stansiyalarında da qatarların hərəkəti qeyd edilən stansiyaların iş rejiminə uyğun tənzimlənəcək.

Ümumilikdə isə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil olunacaq.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap