Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya sərt çağırış

Tarix 22.07.26, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


Qida məhsullarının tərkibi ilə bağlı istehlakçıların məlumatlandırılması məsələsi yenidən gündəmə gəlib. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəzi kolbasa məhsullarında aparılan laborator analizlər zamanı at əti aşkarlandığını açıqlayıb. Lakin həmin məhsulların hansı marka və istehsalçılara məxsus olduğu ictimaiyyətə açıqlanmayıb. Bu isə istehlakçılar arasında narahatlıq yaradıb. Bəzən küçə satışların etiketsiz kolbasa satışlarına da rast gəlirik.

İstehlakçılar kolbasa alarkən saxtalaşdırılmış məhsulları müəyyən etmək üçün nələrə diqqət etməlidirlər? Sözügedən at əti tərkibli kolbasa markaları hansılardır?

Məsələ ilə bağlı “AzPolitika”ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib ki, AİİB-in at ətinin aşkarlanmasına imkan verən laborator analiz aparmaq imkanı yoxdur. AQTA bu sahədə fəaliyyətini tədricən daha şəffaf şəkildə həyata keçirməyə başlayır.

Onun sözlərinə görə, son vaxtlar su və qənd istehsalçılarının adları və fəaliyyət yerləri açıqlansa da, AQTA rəhbərliyi səviyyəsində istehlakçılara verilən ümumi açıqlamalar kifayət deyil: “İstehlakçılara konkret faktlar, malın adı, fotosu, konkret müəssisələr və operativ məlumatlar lazımdır. Çox təəssüflər olsun ki, AQTA yenə də oxu atıb, yayı gizlədir. Çünki o, üzərinə çox sayda səlahiyyətlər götürüb. Həm biznesin inkişafına dəstək verməlidir, həm də istehlakçı hüquqlarını qorumalıdır. Bu ikisi birgə tutmaz.

AQTA istehlakçı hüquqlarının qorunmasını prioritet hesab edirsə, bu sahədə maraqlar toqquşmasına səbəb olan bəzi səlahiyyətlərdən imtina etməlidir. Bir-birinə opponent olan iki funksiyanı eyni qurumda birləşdirmək düzgün deyil. Biz bunu AQTA yarandığı və əsasnaməsi təsdiqləndiyi gündən deyirik”.


Sədr qeyd edib ki, AİİB-ə kolbasa və digər ət məhsullarında qanun pozuntuları ilə bağlı konkret məlumat daxil olarsa, bunu ictimaiyyətə açıqlayacaq və həmin məhsulların bazardan yığışdırılması istiqamətində müvafiq qurumlara dəstək verəcək:“Azərbaycanda kolbasa və sosiska məhsullarını standartlara tam uyğun, yüksək keyfiyyətlə istehsal edən 3-4 müəssisə var. Hətta onların istehsal şəraiti bəzi xarici müəssisələrdən daha üstündür. Təəssüf ki, bu müəssisələr öz bazar paylarını qorumaq istiqamətində kifayət qədər fəallıq göstərmirlər.

Hazırda bazarda etiketsiz kolbasa və sosiska məhsullarına da rast gəlinir. Belə məhsullar daha çox kiçik marketlərdə və meyvə-tərəvəz satışı həyata keçirilən ticarət obyektlərində satılır. Digər narahatedici məqam isə odur ki, istehlakçılar Rusiya və digər ölkələrdən idxal olunan bu qəbildən olan məhsullara daha çox üstünlük verirlər. Həmin məhsulların tərkibində müxtəlif kimyəvi əlavələr daha çox olur. Bununla yanaşı, qablaşdırılması və dad xüsusiyyətləri alıcıların diqqətini cəlb edir. Ehtimal edirəm ki, xaricdən gətirilən bəzi kolbasa, sosiska və digər ət məhsullarında aparılacaq DNT analizləri nəticəsində at, eşşək və digər heyvanlara məxsus DNT izləri aşkar edilə bilər".

E. Hüseynov sonda vurğulayıb ki, istehlakçı hüquqlarını müdafiə edən təşkilat olaraq AQTA-nın fəaliyyətində daha yüksək şəffaflıq görmək istəyirlər.

“İstehlakçılara daha dəqiq və operativ məlumat verilməlidir. Əgər biznes maraqlarının qorunması ilə istehlakçı hüquqlarının müdafiəsi arasında ziddiyyət yaranırsa, bu məsələyə aydınlıq gətirilməli, yaxud həmin funksiyalar ayrılmalıdır. Zərurət yaranarsa, bu istiqamətdə ayrıca dövlət qurumunun yaradılması da müzakirə oluna bilər. Maraqlar konflikti aradan qaldırılmadıqca bu problemlər davam edəcək.

Təsadüfi deyil ki, illər ərzində Bakıya at və eşşək ətinin daşınması ilə bağlı çoxsaylı faktlar üzə çıxıb. Bu sahədə ən ciddi nəticələri Daxili İşlər Nazirliyi əldə edib. Çünki digər qurumlardan fərqli olaraq, onlar inzibati cərimələrlə kifayətlənməyib, cinayət işləri başlayıb, ekspertizalar keçirib və saxlanılmalar həyata keçiriblər. Təəssüf ki, sonradan bəzi təqsirləndirilən şəxslər məhkəmə qərarları ilə azadlığa buraxılıb. Hesab edirəm ki, belə halların hüquqi qiymətləndirilməsi davam etdirilməli və qanun pozuntusuna yol verən şəxslər layiqli cəzasını almalıdır”, – deyə AİİB sədri əlavə edib.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap